Menu

Salyan sakini özünü yandıraraq intihara cəhd edib

09.02.2022, 12:18
Salyan sakini özünü yandıraraq intihara cəhd edib

Salyan rayon sakini özünü yandıraraq intihara cəhd edib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayon Yaşıllaşdırma İdarəsinin qarşısında qeydə alınıb.

Belə ki, həmin rayonun sakini, 1995-ci il təvəllüdlü Coşqun Quliyev özünü yandıraraq intihara cəhd edib.

O, müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə ilə bağlı fotonu sosial şəbəkədə Emil Məmmədov paylaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol