ELMİN “MEHDİYEVŞİNA KABUSU”... – Xalid Niyazovdan Ramiz Mehdiyevi darmadağın edən yazı
Ramiz Mehdiyev Azərbaycan elminin tabutuna vurulmuş sonuncu mismardır... həm də paslısından
Mehdiyev harada işləyibsə, ətrafına ləyaqətin nə olduğunu bilməyən, simasız, kişiliyi sadəcə cinsi mənsubiyyəti ilə bəlirlənən, satqın, antimilli ünsürləri toplayıb
I yazı
Bu gün yerindən duran Elmlər Akademiyasından yazır. Onun lüzumu barədə mühakimə yürüdənlər də var, düşdüyü mağmun durumdan səmimi təəssüfünü bölüşənlər də, “suç keçisi” axtaranlar da, hələ desən ölkə elminin qərargahını mübtəla olduğu bəladan xilas etmək üçün alternativ variantlar, konsilium təklif edənlər də. Bir qisim adamlar da var ki, “qonşudan qalma dala” təfəkkürü ilə qoşulublar axına ... yəni “qoy desinlər ki, Xaçaturun da xəncəri var” misalı.
Bütün bu söz-söhbətlərin məxrəcində isə ölkə ziyalılarının, indifferent olmağı bacarmayan və bunu heç istəməyən vətəndaşların içdən, candan gələn, ən səmimi istəklərindən körüklənən patriotik hədəfi durur. Elmi elmdən bixəbərlərin şərindən qorumaq məqsədi artıq ümummilli ideyaya çevrilir. Cəmiyyətin intellektual kəsimindən tutmuş ən müxtəlif sosial təbəqələrin nümayəndələrinədək – hər kəs müasir dövrdə inkişafın, tərəqqinin generatoru sayılan elmi naşı idarəçilərin heyvani şəhvətindən qorumaq üçün qol çırmalayıb, qələmə sarılıb, həyəcan təbili döyür. Situasiyanın dramatikliyini tündləşdirənsə problemin obyektdə – elmdə deyil, subyektdə – konkret fərddə ifadə olunmasıdır.
Kifayət qədər ciddi bir məsələdən bəhs edirik, qanımız hələ çox qaralacaq və sadiq oxucularımızı tonusda saxlamaq üçün təxminən 30 il əvvəl “Millət” qəzetində dərc edilmiş bir yazını diqqətinizə təslim etmək istəyirəm... dodaqlarınız qaçsın deyə. Qısaca xülasə verim ki, AXC-Müsavat cütlüyü iqtidarda olarkən Elmlər Akademiyasını ləğv etməklə bağlı bir xeyli səy göstərdi. Allah Heydər Əliyevə qəni-qəni rəhmət eləsin! Qayıtmasa idi, nə Azərbaycandan əsər-əlamət qalmışdı, nə də ki, onun Elmlər Akademiyasından.
Nə isə, hələlik ixtisarla verdiyimiz, zikrini etdiyimiz yaz ilə tanış olun:
“Haci Əbdül xəbərdarlıq edir: akademiyani bağlayın, yoxsa yenə inqilab olacaq!
Qeyri-mötəbər mənbələrdən aldığımız qeyri-rəsmi məlumata görə artıq tarix səhnəsindən getmiş demblokun orqanı adlanan “Müxalifət” qəzetinin Azərbaycan Elmlər Akademiyası haqqındakı silsilə yazılarından sonra Milli Məclisin cümhur başkanımızın və dövlət katibinin iştirakı ilə keçirilən qapalı iclaslarından birində “xəstə” EA-nın məsələsi müzakirə olunmuşdur. Müzakirələr zamanı hakimiyyət koridorlarına EA-nın koridorlarından gələnlər xüsusi fəallıq göstərmişlər. Stenoqrafik mətni tam şəkildə əldə edə bilməsək də, ayrı-ayrı çıxışlardan parçaları sizə təqdim edirik.
Əbülfəz Elçibəy: - Bəy, indi bu məsələyə münasibət belədir. Qəti ola bilməz. Mən bir dəfə televizorda da demişəm. Yolumuz demokratiya yoludur. Yolumuz Məmməd Əmin yoludur. Qaldı akademiya məsələsinə, bu, çox ciddi məsələdir. Peyğəmbərimiz də buyurub ki, elm ibadətdən irəlidir. Bəli, biz təriqətçilərik, amma kim deyir ki, bizə akademiya lazım deyil?...
Arif Hacıyev: - Mənim bu məsələyə münasibətim bir qədər başqadır. Hörmətli millət vəkillərinin də bildiyi kimi, indi respublikanın yeni inzibati-ərazi bölgüsü üzərində işləyirəm. Həmin bölgüyə görə akademiyanı müstəqil rayona, onun institutlarını və konstruktor bürolarını isə kolxoz və sovxozlara çevirməyi nəzərdə tuturam. Akademiyaya prezident yox, icra başçısı rəhbərlik etməlidir. Ölkədə bir prezient olar. Tezliklə bu barədəki konkret təkliflərimi Milli Məclisə təqdim etmək niyyətindəyəm...
Hacı Əbdül: - Bismillahir-rəhmanir-rəhim! Qərdeşlər, yəqin gözləyirsiniz mən deyəcəyəm ki, Ayaz Mütəllibovu respublikadan qovub Azərbaycanı ağ günə çıxartdınız, Eldar Salayevi də akademiyadan uzaqlaşdırıb akademiyaya gün ağlayın. Onun yerinə də vəzifə davası döyən cəbhəçilərdən birini qoyub, bir güllə ilə iki quş vurun. Yox, bu leylək məsələsi deyil, səhvsiniz. Hə, qərdeşdər, əgər belə fikirləşirsinizsə, düz tapmamısınız. Demək istədiyim mətləb başqadır. Əgər istəyirsinizsə ki, başınız ağrımasın, bu akademiyanı birdəfəlik bağlayın... Soruşursunuz niyə? Bu dəqiqə ərz edim qulluğunuza. Bax, sizin çoxunuz vaxtı ilə akademiyada işləmisiniz. Amma orada özünüzə bir iş tapmadığınızdan inqilabçılığa qurşanmısınız. Nəticəsi də göz qabağındadır. Elə bilirsiniz, indi akademiyada oturan boş-bekarlar sizdən ağılsızdırlar? Bəlkə allah eləməmiş, birdən onlar da inqilab eləmək fikrinə düşdülər? Bağlayın akademiyanı, işçilərini də elə dağıdın ki, ikisi bir-birinə rast gələ bilməsin. Əgər bu dəfə leylək gəlsə, mütləq akademiya tərəfdən gələcək...
İsa Qəmbərov: - Məncə, biz başqa məsələlərdə olduğu kimi, akademiyaya münasibətdə də mövcud reallıqdan çıxış etməliyik. Məsələnin müzakirəsi ilə əlaqədar müvafiq qərar layihəsi hələ ki, hazırlanmayıb. Ona görə də Hacı Əbdülün başçılığı ilə xüsusi komissiya yaratmağı və akademiya ilə əlaqədar son söz demək səlahiyyətini həmin komissiyaya verməyi təklif edirəm. Yetərsay var, səsə qoyuram. Kim bu təklifin lehinədir? Yekdilliklə! Keçək növbəti məsələyə”.
***
Bəli, yazı baməzə, personajlar da biri-birindən maraqlı. İndi burada həqiqət payı nə qədərdir, zarafatınkı nə qədər, insafı buraxırıq “yoldaş Kamilovun tərəzisi”nə. Bizsə zəruru bir sözardı verib keçirik əsas mövzuya.
P.S. Bu yazıdan əxz ediləsi çox mətləblər, dərslər var. Məsələn, hesab edirik ki, illər öncə “cəbhə hakimiyyəti” ona görə iqtidarda duruş gətirə bilmədi ki, uzağı görə bilmirdi. Ağılları olsa idi, baxmazdılar partokratdı-nədi, elə Fəlsəfə İnstitutunun dəhlizlərində ayaqqabı dağıdan Ramiz Enveroviçi akademiyaya prezident qayırardılar. Buldozerə-filana ehtiyac qalmayacaqdı, bircə ayın içində akademiyanın “vayına oturub” fatihəsini verərdi.
P.P.S. Görünəni budur ki, 30 ildən sonra da olsa “Enveroviç” Arif Hacıyevin “innovativ” təşəbbüsünə “kreativ” yanaşma sərgiləyib – özü prezident kreslosuna yayxanıb tabeliyindəki institutlara da icra başçısı təyin edir.
P.P.P.S. Hə, bir də rəhmətlik Hacı Əbdülün sözlərini qəribçiliyə salmayın. “Əgər bu dəfə leylək gəlsə, mütləq akademiya tərəfdən gələcək” fikrini deyirəm. İllər öncə söylənsə də, aktuallığını itirməyib. Sadəcə, Hacı bilmirdi ki, haçansa akademiyaya Ramiz Mehdiyev kimi adı o vaxtlar heç bir dəftərdə olmayan bir şər tuluğu rəhbərlik edəcək və bu məxluq ölkənin alim-ziyalılarını dövlətdən, iqtidardan, ölkə başçısından narazı salmaq xəttini davam etdirəcək. Bu isə artıq siyasətdir, dövlətlə, hakimiyyətlə, milli təhlükəsizliyimizlə, sabitliklə bağlı məsələdir. Bu barədə bir ayrı yazımızda.
Elmin “ölüm mələyi”
Evklid həndəsəsində kəsişməyən xəttlər təlimi mövcuddur. Müstəviləri sürüşdürək. Mehdiyev və elm! Mehdiyev və zəka! Mehdiyev və dəyər!
... Mənim üçün həmişə irreal, latent, bəlkə də kosmosda mövcud olan bir nonsens təəssüratı yaradıb belə bir paralel.
Ramiz Mehdiyevin Akademiyaya prezident “seçildiyi” o lənətullah gün ölkədən kənarda idim.
Qayıtdıqda eşitdiyim ilk qeyri-adi xəbər oldu. Qulaqlarıma inanmadım. Üç dəfə bismillah! Dedim bəlkə şayiədir, yaxud qabrovalıları kölgədə buraxmaq üçün bu cür istiotlu bir zarafat uydurmuşdular. Heyhat, gerçək imiş! Adam Prezident Administrasiyasından birbaşa haqq etmədiyi istirahətə yollanmaq əvəzinə, yenə də şakərindən əl çəkməmişdi, mərdiməzarlıq edib AMEA-nın prezidenti akad. Akif Əlizadənin yerində gözü olduğunu dilə gətirmişdi.
Əslində, təəccüblülənəsi bir şey yoxdur da... bu cür “qurşaqdan aşağı” jest, zatən, “enveroviç”in həyat kvintessensiyasıdır. Filosofluğa az-çox dəxli varsa, bu kəlmənin mənasını bilməmiş olmaz. İnsanların taleyi ilə oynamaq, inkişafına badalaq vurmaq, karyerasını sındırmaq – Mehdiyevin patentləşdirdiyi və yalnız özünə məxsus iş üslubudur. O üzdən harada işləyibsə ətrafına ləyaqət nə olduğunu bilməyən, simasız, kişiliyi sadəcə cinsi mənsubiyyəti ilə bəlirlənən, satqın, antimilli ünsürləri toplayıb ... eynən “atı atın yanına bağla...” məsəlindəki kimi.
Sadəcə, bir sual! Mehdiyev elmə nə verə bilərdi? İndiyədək ortaya qoyduqları nədən ibarətdir?
Hansısa bir obıvatel – Məqalələri, kitabları! – deyə bilər. Bəli, bu sətirlərin müəllifi də az günahkar deyil. Zamanında mən də “Mehdiyev” imzası ilə dərc edilən əsərlərə məqalə həsr etmişəm. Eynisindən olsa, bu gün də edərəm. Çünki həmin əsərlərin Mehdiyevin ağlının məhsulu olmadığını bilirdim. Həqiqi müəllifsə hər cür tərifə layiqdi... kimisi rəhmətə gedib, kimisi qalır. Yoxsa ki, öz predmetini düz-əməlli bilməyən adamın ən müxtəlif sahələrə aid sanballı əsərlər yazmasına bir kimsəni inandırmaq fəzanın çömçə ilə ölçülməsinə oxşayardı.
Adamın elmi natəmizliyi və ondan da ötə mövcud hakimiyyətə təhlükəli bir ünsür olduğu barədə hələ 2014-cü il martın 7-si elə dəyərli “Azpolitika.info”da dərc edilmiş (diqqət edin: bəzi söz Koroğluları kimi indi yox, adamın qılıncının qəbzəsinin də kəsdiyi dövrdə - !) “Kod adı 2018! Nurçuların Azərbaycanda hakimiyyət sevdası” adlı məqaləmdə yazmışdım: “… Və bütün bu “dəyirmanları tərsinə fırladan” gizli bir barmaq var. Bu barmaq boş vaxtlarında başqalarının yazmış olduğu səfeh-səfeh məqalələrin altından, kitabların üstündən imzasını qoymaqla yanaşı, iqtidar dəhlizlərindəki “yol hərəkəti qaydalarını”, korrupsiyalaşmış klanlar arasındakı havanın hərarətini, münasiıbətlərdəki gərginliyin “amper”ini, ölkədəki bütün şərəfsizlərin incə bir zövq və ovçu məharəti ilə seçilib cəm olduğu komandasının nimdaşlıq amplitudunu təyin edir.
… Və hər nə qədər ki, həmin tüklü və qoca barmaq köhnə saat kəfkiri kimi Azərbaycanın bundan sonra yaşayacağı ömrün zaman ölçüsünə çevrilməyib, ondan izalə olmaq lazımdır”!
O vaxt Mehdiyev və klanı 15 il çalışdığım “Azərbaycan” qəzetindən getməyimə nail oldu. Çünki ona və qəzetdəki “ruh ekizi”nə sədaqətli Əliyevçilər, dövlətçi təfəkkürlü adamlar deyil, “Mehdiyevşina”nın müti plebeyləri lazımdı. Bu şər çəlləyi hərlənib-fırlanıb akademiyada da məni tapdı. 2013-2014-cü illərdə yazdığım məqalələr yada düşdü, kin, qəzəb, hikkə dəzgahı işə salındı. İstəyimlə ayrıldım institutdan. Təbii, getməyimdə Mehdiyevlə eyni mənəviyyat, əxlaq və dəyərləri bölüşən xanım-direktorun da “duaları” rol oynadı. Zatən, bu cür adamlarla işləmək özünə hörmət etməmək deməkdi.
O vaxt sosial şəbəkədə belə bir status da paylaşdım: “Həzərat, bu Ramiz Mehdiyev ki, var, deyəsən, akademik dühası o qədər qıcqırıb ki, elə bilir akademiya buna dədəsindən miras qalıb. Adam bu qoca yaşında, ömrünün üzü o yana vədəsində rəhmət qazanmaq əvəzinə, lənətə işləyir".
Xislətində, içində yaratmaq, qurmaq adına “damazlığa” bircə hüceyrənin belə olmadığı bu zat ötən günlərinin heyfini qab-qacaq dükanına girmiş nə bilim nə kimi qarşısına çıxan hər şeyi çığnayıb qırmaqla çıxmaqda qərarlıdır. Akademiyanın prezidentindən çox özünü bazar müdürü, “girdovoy” kimi aparan “Enveroviç” insanların söz və fikir azadlığını boğmaqla, düz söz deyəni məhz özünəməxsus çirkin, nalayiq, “yaraşır” üsullarla cəzalandırmaqla məşğuldur.
Adam bəndənizə qızıb ki, bəs niyə haqqında bir-iki tərifli şərh yazmışam. O üzdən çağırıb əshabələrinə tapşırıb ki, bu akademiyada ya mən qalmalıyam, ya da Niyazov.
Siz bir təfəkkürə baxın, ağıla baxın, səviyyəyə tamaşa edin!
Adam bu feodal, hətta bir az da irəli gedək, Azıx təfəkkürü ilə 25 il Prezident Administrasiyasında necə oturubmuş?!
Ölkənin elm qərargahına hansı mənəvi haqq və elmi “kapasitə” ilə başçılıq edir?!
Başdan-ayağa, ruslar demişkən, “yeriyən lətifə” olduğunu nə tez unudub?!
Məgər ailəsinin qudurğan əməllərinə görə bütün ölkənin qınağına tuş gələn, eləmə tənbəllik, yerindən duranın “Nə yemisən? Turşulu aş!” “çilədiyi” bu deyildimi? Adamı göndəriblər ki, get, indiyədək özünə işləmisən, indi də bari, elmin gününə ağla, yaddaqalan bir iş gör akademiya üçün, amma çifayda...
Heç görmüsünüzmü ki, yabanı ot qızılgül bitirsin, mişardan çıxmış “beşlik” taxta bəhərə düşsün?!
Azərbaycan elmi bu gündədir, həzərat! Ümid ya hörmətli Prezidentədir ki, çıxarıb atsın, ya da Allahadır ki, “mələk”lərinə tapşırsın”.
Bəli, Mehdiyevin adı Azərbaycan cəmiyyətində həmişə birmənalı olaraq şərlə, nadürüstlüklə, korrupsiya ilə, pisliklə assosiasiya olunub, bədbəxtçiliyin, qaranlığın, ədalətsizliyin ekizi, vicdan və ləyaqətdən yetimlərin himayədarı təəssüratı yaradıb. Bu məmləkətdə ən aşağı vəzifə bu sətirlərin müəllifində olubsa, təsəvvür edin ki, mənə də həyatımın pisliyini edib, qara daş kimi yüzlərlə mənim kimisinin karyerasının qarşısında “bitib”.
Əvəzində zamanında ulu öndər Heydər Əliyevi, hakimiyyəti söyənlərin, indiki prezidentə istehza edənlərin altına vəzifə kreslosu itələyib, döşünə deputat nişanı taxıb. Təbii ki, məccani də deyil.
Təəssüf! Elmlər Akademiyası artıq müdirinə oxşamağa başlayıb – onun kimi qara, qoca, tükənmiş, barsız, nüfuzsuz, bir qara qəpik hörməti olmayan. Səhər yataqdan qalxıb corabını geyən yerdən bir daş götürüb akademiyaya sarı tolazlamağı boynuna borc bilir. Hədəf elm, alim, ziyalı deyil, Mehdiyevdir!
COVİD-19 insan cəmiyyəti, bəşəriyyət üçün nə qədər təhlükəlidirsə, “mehdiyevşina” da Azərbaycan elmi, cəmiyyəti, milli düşüncə sistemi üçün odur. Yenə də birincidən qorunmaq üçün peyvənd-filan var, ikinci “zaraza” ümidsizdir!
Azərbaycan elmində bir kabus dolaşmaqdadır – Ramiz Mehdiyev kabusu!
Sovet təhsilinin şinelindən çıxanlar xatırlayarlar... elmi kommunizmin ilk proqram sənədi olan və K.Marks və F.Engels tərəfindən qələmə alınmış “Kommunist partiyasının manifesti” bu sözlərlə başlayırdı: “Avropada bir kabus dolaşmaqdadır – kommunizm kabusu!”
Həmin tezisi bu gün aktuallığını və mahiyyətini saxlamaqla bir ayrı cür ifadə etmək mümkündür: - Azərbaycan elmində bir kabus dolaşmaqdadır – Ramiz Mehdiyev kabusu!
Yeni Azərbaycan tarixində bir çox kirli işlərin "xaç atası" sayılan adam uzun illər qeyri-rəsmi "kurirovat" elədiyi elmi müstər günə qoyub.
Fikir verin: hakimiyyətin icra qoluna faktiki rəhbərlik etdi, yetirmələrinin bir qisminin başına qara torba keçirib apardılar. Deputat seçkilərini bazara çevirdi, “Gülərqeyt” fenomeni ölkəni ABŞ Dövlət Departamentinin hesabatlarında ilk sətirlərə qaldırdı. İdeologiya və mediaya başçılıq etdi, heç sağ-salamat etməyəydi, fatihəsini verdi. Trolçuluq təliminin “ideya-nəzəri” əsaslarını işləyib hazırladı. Bu “yeriyən” bəlanı dövlətin başından izalə etmək üçün atdılar elmə(bu ciddi faktın özü ölkədə elmə ögey, "pofiqist" münasibətin bariz təcəssümü idi -!), adam burada da diri ikən elmin canlı başdaşına çevrildi.
Yəni, akademik elmi reanimasiya etməklə bağlı strateji bir niyyət vardısa, onun taleyini ilk növbədə canının hayı ilə, ailə sərvətinin maksimum faydalı şəkildə yerləşdirilməsi ilə, hakimiyyət dəhlizlərində ilişib qalmış mühafizəkar komandanın üzvlərini fəallaşdırmaqla məşğul olan mənən və felən yoxsul birinə deyil, işlə, elmlə məşğul olmaq istəyən adamlara tapşırmaq lazım idi.
İndiki situasiyada isə görünən bu idi ki, Mehdiyev akademiyaya elm təsərrüfatını yeni, innovasion trendlər əsasında inkişafa apara biləcək proqram və planlarla deyil, merkantil, miskin, ambisioz hisslərlə gəlmişdir. Adam islahedilməz məxluqdur. 25 illik uğursuz “aparat rəhbəri” dönəmində “saray intriqantlığı”nın fövqündə bir faydalı işin qulpundan yapışmamasına rəğmən az qala Bayılın alçaq təpələrini də özünün yaratdığını düşünür. Bu üzdən son üç onillikdə akademiyaya rəhbərlik etmiş Fərəməz Maqsudov, Mahmud Kərimov, Akif Əlizadə kimi şəxsiyyətlərdən, həqiqi elm zəhmətkeşlərindən sonra nüfuz və elmi çəkicə onların yanından yel olub keçməyə belə layiq olmasa da, eyni kabinetə daxil olar-olmaz özünü elmin deyil, ölkənin prezidenti zənn etməyə başladı.
Elmlə real iqtisadiyyatın inteqrasiyasını təmin etmək adı altında nazirləri, komitə sədrlərini hüzurunda toplamağa başladı. Əcəba, qəribə bir tranformasiyamı baş verirdi? Adam ağlınca İstiqlaliyyət küçəsi, 5-lə İstiqlaliyyət, 31 ünvanını dəyişik salmışdı. Kimlərsə bunu artıq onun qocalığına, yaşla bağlı təzahürü təbii sayıla biləcək patalogiyalarının ayağına yaza bilərdi. Amma hamı bilir ki, bu adam heç “oralı” deyil, bu yaşda belə siyasəti “domino” masasında ustaca “şaqqıldada” bilir. Zatən, şahmata təfəkkür və zehni-koqnitiv imkanları zorlanar.
Bəs məqsəd nə idi? Tətbiqi və fundamental elm sahələrinin real sektorla, iri sifarişçilərlə əməkdaşlığının əsasını qoymaq, ölkə iqtisadiyyatına elmtutumlu töhfənin miqyas və çeşidini artırmaqmı? Cilddə, vitrində ehtimal ediləndir! Lakin əsas hədəf volyuntarizmə köklənmiş revanşizm əhval-ruhiyyəsidir; yəni əfkari-ümumiyyə düşünsün ki, Ramiz Mehdiyevə hələ də, Mirzə Cəlilin Həsən ağası demişkən, “vizit verən” var, ünvanı dəyişsə də, səlahiyyəti, “ehtişamı”, həşəməti əldən verməyib, əksinə, gücünə güc qatıb. Yox bir, fındıq!
Əslində, bu cür bədgümanlıq, təkəbbür dərin və xəstə psixoloji-maniakal durumun nişanəsidir, yaralı eqo və özünəvurğunluğun əndazəni aşan residividir... Enveroviçdən iraq.
Məşum toy məsələsindən, eks-deputat kürəkəninin həbsindən sonra üzü ictimai tənə və tüpürcəklərdən qabar bağlamış Mehdiyev daha nazirləri kabinetinə toplaya bilmədi, zira, adam bilib dəvətini qəbul edən də olmayacaqdı. Beləcə, “xanəsinə” qapılıb “guşənişin” həyat tərzi keçirməyə məhkum özü boz, əməli qara kardinal ətrafına topladığı bacarıqsız, nəverim, saxtakar, elementar dəyərlərdən məhrum məiyyəti ilə akademiyanın tanınmış alimlərinə “işverənlik” eləməyə başladı.
Vaxtilə iş adamlarını “bandotdel”in “podval”ına saldırıb mal-mülkünü yağmalayan “Enveroviç” indi də hakimlikdən qovulduqdan sonra öz “ruh ekizi”nin yanında lövbər atmış Kamal Əliyev adlı birisinin əli ilə xoşu gəlməyən, “bığının altından keçməyən”, “dikbaş”, ləyaqətli alimlərə qarşı repressiya kampaniyasına start verdi.
Qafqazşünaslıq İnstitutunun direktoru, professor, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Musa Qasımlı daha əvvəl Ramiz Mehdiyevi istefaya çağırarkən bildirmişdi: “O, AMEA prezidenti seçiləndən sonra akademiyada elmi mühit yox olmağa başlayıb, onun yerini inzibati-amirlik idarə üsulu, intriqalar, dedi-qodular, şəxsi haqq-hesabları çürütmək tutub. Bu isə elmlə məşğul olan adamları bezdirib”.
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin yanvarın 20-də keçirilən iclasında Dilçilik İnstitutu tərəfindən nəşr edilmiş “Orfoqrafiya lüğəti” ilə bağlı mətbuatda yazılanlara və Tarix İnstitutunda baş verən bir sıra xoşagəlməz hallara münasibət bildirərkən qeyd edib ki, orfoqrafiya lüğətinin nəşrinə məsuliyyət daşıyan şəxslərin verdikləri izahatlar AMEA rəhbəri kimi məni qane etmir. Mən onlardan daha ciddi və əsaslı izahatlar gözləyirəm. Həmin lüğətin yenidən nəşrinə qərar verilib. Bu isə külli miqdarda dövlət vəsaitinin havaya sovrulması deməkdir. Necə olur ki, Mehdiyev həzrətləri bu sətirlərin müəllifinin ölkə siyasətşünaslığında ilk dəfə tədqiq edilən “Dövlət informasiya siyasətinin aktual məsələləri” adlı iki dildə təqdim edilmiş monoqrafiyasını nəşr etməyə pul tapmır, ancaq kimlərinsə savadsızlığını və məsuliyyətsizliyini akademiyanın cibindən qarşılamağa göstəriş verir?!
Digər tərəfdən, görəsən, Mehdiyev həmin lüğətlə tanış olubmu? Orada abır-həya, şərəf və ləyaqət, vicdan, ədalət, kişilik ... kimi ülvi dəyərləri təcəssüm etdirən kəlmələrin mənası üzərində düşünübmü? Çətin! Çünki həmin dəyərlərdən yaxından-uzaqdan xəbəri olan kəs, Prezident Administrasiyasında işlədiyi vaxt elədiyi pisliklər gözünə girsin, heç olmazsa akademiyadakı fəaliyyəti dövründə hərəkətlərinə bir çəki-düzən verərdi, özünü hərfən də olsa alim-ziyalı kimi aparmağa alışdırardı, “həştadınadək” işlədiyi günahlardan tövbə yolunu tutardı.
Bundan əvvəl saytlar belə bir xəbər paylaşmışdılar ki, AMEA-nın prezidenti maaşını alan Ramiz Mehdiyev tabe qurumlardan birindəki iclasda Akademiyanın elmi-tədqiqat müəssisələrində son vaxtlar aparılan yoxlamalar zamanı aşkarlanan ciddi qanun pozuntularını, korrupsiya faktlarını və idarəetmədə hökm sürən hərc-mərcliyi kəskin tənqid edib...Allah, sən saxla! Görəcəkli günlərimiz varmış! Gör kim, nədən danışır?!
Uzun illər ölkə elmini qeyri-rəsmi “kurasiya” etmiş, Korrupsiyaya qarşı mübarizə komissiyasına rəhbərliyi (üç kəlmə ixtisar olunsa məzmun lap yerinə oturar - !) həyata keçirmiş bir adam bu gün çox rahatca, vicdanına əziyyət vermədən qanun pozuntusundan, korrupsiya faktlarından bəhs edir. Allah qoymasa, hamımızın qəflət yuxusundaymışıq kimi “idarəetmə ustası” deyib öydüyümüz baş bürokrat indi akademiyanın idarəetməsindəki hərc-mərclikdən gileylənir.
Sən demə, bu adam Ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin kölgəsində iri, gövdəli görünürmüş. Onlar çəkildikdən sonra özü olaraq qalıb – zavallı, nəlbəkidə fırtına aşiqi, ömrünün qürub çağında nə xalqa, nə də ki, noizənbillah, elmə verəcəyi bir şeyi olmayan zahid birisi!
Günümüzə qayıdaraq əlavə edək ki, uzun illər ölkədə korrupsioner kadrların yetişdirilməsində akademik təcrübəyə sahib olan “Enveroviç” bu günlərdə yaydığı bəyanatda bir daha bəzi adamları susmayacağı təqdirdə əlindəki “kompromatlarla” təhdid etmişdir.
Biri yandan çimdikləsin ki, qoca, bəsdir, az bu akademiyanı qarışdır, əvvəlcə öz ətrafındakı üfunəti “dezinfeksiya” elə, elmin “fatihə”sini verməyə tələsmə, həyatdır, bir də baxdın ki, inşAllah ki, yaxın zamanlarda kiməsə lazım oldu.
* * *
Həqiqətin ünvanını aşkar etmək üçün müqayisə üsulunu hələ ki, heç kim ləğv etməyib. Bəli, Mehdiyev ər, ata, baba kimi ailəsində, qeyri millətdən olan qohumlarının arasında ideal biri ola bilər, ancaq beləsindən heç vəchlə cəmiyyət qarşısındakı sosial öhdəliklərini dərk edən fərd, vətənpərvər vətəndaş çıxmaz. Mümkünsüzdür!
Adamın dövlət xadimi, ali mənsəb və böyük hakimiyyət resurslarına malik şəxs kimi nöqsanları qədərindən də ziyadə olmuşdur. Antik dövr filosofları Sokrat, Platon, Aristotel, orta və sonrakı əsrlərin mütəfəkkir və dövlət xadimlərindən N.Makiavelli, T.Hobbs, O.Bismark və başqaları bu kimi neqativləri hakimiyyətin verdiyi vəzifənin və vəzifənin verdiyi hakimiyyətin özünün mahiyyətindən doğan imperativlər kimi səciyyələndirmişlər.
Amma və lakin! Mehdiyevdə bu xüsusiyyətlərdən “füzun naqislik istedadı var”. Bu, hüquq ədəbiyyatında ifadə edildiyi kimi, “qazanılmış” deyil, “təbii” – ata belindən, ana südündən gəlmə fitri patologiyadır. Əks halda bir vücudda bu qədər pislik, xılt, qərəz, qəzəb, qaranlıq, nifrət, hikkə ... haradan?!
(ardı var)
Xalid Niyazov
Əməkdar jurnalist, siyasi elmlər doktoru, sabiq AMEA-çı
Son yazılar
Обзор на EPOS GTW 270 Hybrid
Они доступны только в этой цветовой гамме из оружейного металла. Обновление 22 апреля, 10:03 утра по восточному времени: EPOS выпустила обновление прошивки для GTW 270, доступного через программное обеспечение Gaming Suite на ПК, которое обеспечивает одновременное Bluetooth и беспроводное подключение к его ключу USB —C. Вы можете переключаться между режимами, нажав кнопку на ключ. Компания говорит, что теперь он доступен. Гибридные наушники GTW 270 стоимостью 199 долларов от аудиокомпании EPOS, насколько мне известно, являются первыми по — настоящему беспроводными наушниками, созданными для игр, но сами наушники не являются самой большой точкой продаж. Приемник Bluetooth USB-C, который поставляется с наушниками, получает это различие. Он намного компактнее, чем стандартные USB-ключи размером с флэш-накопитель, входящие в комплект многих гарнитур. Он также более способен работать с кодеком aptX low latency (aptX LL), который обеспечивает хорошее звучание звука без заметной задержки. Используя приемник, гибрид GTW 270 может быть особенно хорош для быстро развивающихся игр, где звуковые сигналы имеют значение для успеха; но на самом деле, это приятно иметь для любого названия. Однако есть одна проблема: микрофоны не работают, когда вы слушаете звук через приемник USB-C. (Однако встроенные микрофоны наушников работают, когда они подключены к устройству через Bluetooth.) Гибрид EPOS GTW 270 Вот звезда шоу. Это больше зависит от технических ограничений aptX, чем от принятия решений EPOS. Чтобы определить приоритет полосы пропускания для качества звука и быстродействия, при прослушивании с помощью ключа USB-C активен только канал воспроизведения. Это потенциальный разрыв сделки для некоторых геймеров, которые, возможно, захотят перейти в голосовой чат с друзьями на своих консолях. Но к чести EPOS, задержка между ключом и наушниками действительно кажется несуществующей. Эти бутоны цвета оружейного металла имеют простой, сдержанный дизайн, чтобы они не слишком высовывались из вашего уха. Они не слишком тяжелые, и посадка удобная, благодаря сменным силиконовым ушным наконечникам, которые помогают получить хорошую герметичность в ухе. Что касается элементов управления, у них есть только одна многофункциональная кнопка, которая обрабатывает приостановку и возобновление музыки, смену треков, а также прием телефонных звонков. Другими словами, без ключа USB-C они не являются чем-то особенным. (EPOS действительно делает версию за 169 долларов без ключа.) Для общего использования — например, для телефонных звонков или музыки — вы можете получить больше, потратив меньше, если посмотрите некоторые из вариантов в руководстве по покупке доступных беспроводных наушников моего коллеги Криса Уэлча. НАШ ОБЗОР ГИБРИДА GTW 270 7 ИЗ 10 Плюсы Незаметная задержка при подключении к ключу USB-C Сменные силиконовые наконечники для комфорта и звукоизоляции Совместимость с несколькими устройствами Минусы Микрофоны не работают при подключении через USB-C Чехол для зарядки, подверженный царапинам Они легки в использовании по цене За пределами игр эти наушники можно использовать, как и любой другой беспроводной набор, для подключения к телефону, планшету или ноутбуку через Bluetooth. Они поддерживают Bluetooth 5.1 (с кодеком SBC или aptX, в зависимости от устройства, к которому вы подключаетесь) для музыки, видео, игр и телефонных звонков, и EPOS говорит, что вы можете сопрягать их с восемью устройствами. Сопряжение выполняется, удерживая нажатой кнопку на корпусе зарядки. Гибрид EPOS GTW 270 Единственная кнопка гибрида GTW 270 находится на левом наушнике. Говоря о зарядном чехле: он имеет цельнометаллическую конструкцию, которую, к сожалению, очень легко поцарапать. Он заряжается через USB-C; при полной зарядке EPOS говорит, что он может обеспечить до 15 часов дополнительного времени автономной работы наушников. В течение рассматриваемого периода гибридные наушники GTW 270 достигли пятичасовой отметки времени автономной работы, что соответствует заявлениям компании. И если вы тот, кто время от времени совершает потную пробежку или просто не хочет попасть под дождь, они водонепроницаемы по стандарту IPX5. Я провел последние несколько недель, используя наушники, чтобы играть в игры поочередно на моем PS5, моем коммутаторе и моем рабочем ноутбуке несколько раз в день. (Если вам интересно, в комплект поставки входит адаптер, который позволяет подключить ключ к устройству с портами USB Type-A.) Гибрид GTW 270 работает как любая беспроводная игровая гарнитура, но действительно беспроводной форм - фактор имеет некоторые очевидные преимущества. Мне нравится, что они позволяют мне свободно передвигаться по проводам, и их использование не изолирует меня (или не портит мои волосы), как громоздкие банки для ушей. Приемник предварительно соединен с бутонами, и они подключаются почти мгновенно. Гибрид EPOS GTW 270 Каждый наушник заряжается через контактные точки, а светодиоды показывают оставшееся время автономной работы. Мне также нравится удобство использования только правого наушника (правый управляет передачей Bluetooth, поэтому прослушивание только через левый наушник не работает), поэтому я могу держать ухо доступным для прослушивания отправленных пакетов. Это, конечно, не является чем-то новым для людей, которые уже используют действительно беспроводные наушники. Это просто кажется новым, чтобы испытать эту свободу с игровой гарнитурой. В течение отчетного периода я попробовал римейк "Души демона", "Бог войны" 2018 года, "Приключения в кольце" и "Призрак Цусимы", а также несколько других игр. Хотя у них нет самой широкой звуковой сцены или самого четкого частотного разделения, которое я слышал для прослушивания музыки, они сияют игровым звуком — в частности, эффектами объемного звучания и доставкой басов. Общее качество звука не является взрывоопасным, и есть предел тому, насколько захватывающими могут быть эффекты объемного звучания, учитывая небольшие драйверы наушников. Но звук не слишком скомпрометирован. Если вы не хардкорный геймер, которому нужно услышать каждую деталь в кристально чистой презентации, они, скорее всего, подойдут вам. Гибрид EPOS GTW 270 Они великолепно работают как с PS5, так и с коммутатором. Для расширения совместимости в комплект поставки входит адаптер USB-C-USB Type-A. Гибрид GTW 270 был бы очень близок к идеалу, если бы микрофоны работали при подключении с помощью ключа USB-C. Увы, это не так, поэтому использование ключа будет практически бесполезно для тех, кто часто играет в многопользовательские игры с друзьями. (Это немного другая история, если вы играете в много однопользовательских игр и не возражаете против отсутствия микрофона для игр.) Поскольку наушники не так уж полезны для игр без ключа, это означает, что вы идете на большой компромисс, и это тот, который ни одна из лучших игровых гарнитур, которые я тестировал (большинство из которых дешевле, чем это), не просит вас сделать. Это твой выбор. Часы OnePlus - это первые умные часы от OnePlus. Он стоит всего 159 долларов и длится до двух недель между зарядками, но он также делает намного меньше, чем конкурирующие умные часы от Samsung, Fossil, Apple и других. https://www.theverge.com/22241197/epos-gtw-270-hybrid-truly-wireless-earbuds-usb-c-gaming-bluetooth
Лучший Chromebook 2021 Lenovo Chromebook Duet
Лучший Chromebook 2021 Lenovo Chromebook Duet Lenovo Chromebook Duet-это впечатляющее конвертируемое устройство за 279 долларов. Часть руководства Verge по Chrome OS и Chromebook Дуэт Chromebook от Lenovo далек от безупречности. Но когда вы оцениваете устройство, которое начинается с 279 долларов, вопрос не в том, “Является ли это идеальным устройством”, а в том, “Лучше ли это, чем другие вещи, которые вы можете получить за эту цену” Chromebook в этом ценовом диапазоне, как правило, неуклюж и дешев, как Chromebook 14 от HP или Chromebook x360 12b. Если вам нужна альтернатива Windows, вы смотрите на самый нижний конец линий Acer Aspire или Acer Swift или другие чрезвычайно простые варианты, такие как Motile 14. И, конечно, есть iPad начального уровня и другие базовые планшеты Android, но они не поставляются с клавиатурой. Lenovo, безусловно, срезала некоторые углы, чтобы сократить дуэт Chromebook до этой ценовой точки. И поскольку я работаю профессиональным ворчуном, я буду ворчать. Но в конце дня они чувствуют себя как срезанные углы — не как серьезные ошибки, которые значительно затрудняют работу устройства. И после нескольких дней использования дуэта в качестве основного драйвера я чувствую себя комфортно, говоря, что он гораздо больше похож на Surface Go с некоторыми уступками, чем на ультрабюджетный ПК. НАШ ОБЗОР Duet Chromebook ОТ LENOVO 8,5 ИЗ 10 Плюсы Ультра портативный 11-часовое время автономной работы В комплекте клавиатура и подставка для ног Вы не можете превзойти цену Минусы Тесная клавиатура и тачпад Только один порт (и это не разъем для наушников) Не хватает лошадиных сил для серьезной многозадачности По сравнению с последними iPad или более дорогими хромбуками, такими как Pixelbook Go, Chromebook Duet имеет значительные недостатки. Но эти устройства являются шагом вверх в цене (особенно если вы включаете крышки клавиатуры). Если вы ищете кабриолет в диапазоне ниже 300 долларов, у которого есть нога в обеих дверях, дуэт-лучшее, что вы найдете. Базовая модель Chromebook Duet имеет 4 ГБ оперативной памяти и 64 ГБ памяти. В стоимость входит клавиатура и подставка, чего не скажешь о Surface Go или любой другой модели iPad. Я протестировал версию за 299 долларов, которая имеет тот же процессор и оперативную память, но 128 ГБ памяти. Двадцать долларов — это не огромная разница, поэтому я рекомендую вам пойти на дополнительное хранилище, если вы можете себе это позволить-64G быстро заполнится, если вы планируете загружать много приложений, видео или других носителей. Дуэт Lenovo Chromebook Лучшие ноутбуки 2020 Lenovo Chromebook Duet Легко изменить угол наклона экрана. Помимо его головокружительной цены, главное, что нужно знать об этом Chromebook,-это то, что он маленький. При 10,1 дюйма это типичный размер для планшета, но если вы пытаетесь использовать его так, как вы использовали бы рабочий ноутбук (например, с десятками вкладок и окон рядом), все становится тесным. Я смог написать весь этот обзор на дуэте, но возвращение к 13-дюймовому 32-дюймовому экрану на моем персональном компьютере казалось совершенно новым миром. Дисплей действительно имеет соотношение сторон 1610, что я ценю, и если вы привыкли использовать 169 панелей, вы заметите дополнительное вертикальное пространство. Я все еще чувствую себя немного менее стесненным на 13-дюймовом экране 169, но это близко. Как следствие, съемная клавиатура также крошечная. Большинство клавиш не страшны для нажатия; на самом деле они немного больше, чем клавиши Surface Go, с шагом около 1,3 мм. К тесной настройке потребовалось некоторое время, чтобы привыкнуть, но после дня или около того использования устройства я смог достичь своей обычной скорости набора текста (около 130 слов в минуту). Однако Lenovo пришлось пойти на компромисс с клавишами на окраине колоды (tab, backspace, enter, двоеточие, апостроф, тире и т. Д.). Они крошечные (чуть более половины размера буквенных клавиш), и их нажатие было рутиной. Даже после использования устройства в течение нескольких дней я все еще правильно нажимал backspace примерно в 75 процентах случаев — я не могу сказать вам, сколько раз я вместо этого хлопал знаком равенства. Точно так же я очень часто нажимал enter, когда хотел нажать соседнюю клавишу апострофа. Нажатие на тире, которое находится слева от клавиши "равно", было похоже на сценарий "иголка в стоге сена", и я инстинктивно избегал использования тире в своем письме. Я предполагаю, что вы привыкнете ко всему этому, если купите Дуэт, но ожидайте крутой кривой обучения. ТЕХНИЧЕСКИЕ ХАРАКТЕРИСТИКИ LENOVO CHROMEBOOK DUET (В СООТВЕТСТВИИ С ОБЗОРОМ) MediaTek Helio P60T 4 ГБ ОПЕРАТИВНОЙ ПАМЯТИ 128 ГБ памяти 10,1-дюймовый дисплей (1920 x 1200) батарея емкостью 7000 мАч (27 Вт * ч) Адаптер 10 Вт Два динамика Два цифровых микрофона Один порт USB-C Вы не будете шокированы, узнав, что тачпад также небольшой-3,4 х 1,9 дюйма. Он прекрасно себя чувствует и грамотно прокручивается (хотя у меня маленькие руки). У меня были некоторые проблемы с щелчком и перетаскиванием (я часто прибегал к этому на сенсорном экране), и щелчки двумя пальцами иногда регистрировались как обычные щелчки. Кроме того, когда клавиатура неровно лежала у меня на коленях, она иногда поворачивалась в положение, когда кликер перестал работать (болезнь, с которой вы будете знакомы, если раньше использовали дешевые чехлы для клавиатуры). Если вы предпочитаете использовать экран, дуэт также совместим со стилусами USI. Если вы надеялись подключить кучу периферийных устройств вместо прилагаемой клавиатуры, убедитесь, что у вас есть разветвители и ключи на буксире. Дуэт имеет всего один порт USB-C, который будет занят всякий раз, когда устройство заряжается. Было бы неплохо иметь хотя бы аудиоразъем, хотя Lenovo включает в себя ключ для наушников. (Пока мы составляем списки пожеланий, будет приветствоваться еще один порт USB-C, чтобы мы могли подключить мышь во время зарядки). Дуэт Lenovo Chromebook Дуэт включает в себя подставку и клавиатуру. Дуэт Lenovo Chromebook. Снаружи на экране был сильный яркий свет. Однако при такой цене я не рассматриваю тесную периферию как ошибку со стороны Lenovo; это компромисс, который вы делаете. В обмен вы получаете довольно компактное и портативное устройство. Один только планшет весит 0,99 фунта (449g), а с клавиатурой и подставкой для ног он составляет всего 2,03 фунта (921g). И, несмотря на углы, которые были срезаны с помощью клавиатуры и тачпада, ни одна часть дуэта не выглядит и не кажется дешевой. Сам планшет изготовлен из алюминиевого сплава, который прочен и приятно держать. Обложка сделана из шикарной серой ткани — в закрытом состоянии она выглядит как классный блокнот. И клавиатура, и подставка надежно оставались на месте, пока я пользовался устройством. Дуэту действительно не хватает двухкомпонентного магнитного механизма, который Surface Go использует для удержания обеих крышек на месте, что означает, что клавиатура имеет тенденцию скользить, когда ноутбук закрыт. Опять же, углы. Еще одна область, где дуэт пробивает выше своей весовой категории срок службы батареи. Lenovo утверждает, что 10 часов; Я приблизился к 11 с половиной, запустив устройство через свою типичную рабочую нагрузку вкладок Chrome и приложений, включая Gmail, Twitter, Slack, Asana, Facebook, Документы и листы, а также случайный вызов масштабирования и потоковую передачу Spotify, с экраном средней яркости. В тот день, когда я использовал только Chrome, я получил чуть больше 12. (Lenovo, однако, экономила на зарядном устройстве; включенный в комплект 10 Вт USB-C кирпич только увеличил мощность устройства на 24 процента за час.) Есть четкое (по крайней мере, частичное) объяснение этому результату-процессор низкого класса. Lenovo использует восьмиядерный процессор MediaTek Helio P60T с частотой 2,0 ГГц. По мощности он ближе к бюджетному процессору смартфона Snapdragon, чем чипы Intel, которые вы найдете в хороших хромбуках. Учитывая это, выступление Дуэта было на удивление достойным. Если вы просматриваете несколько вкладок, транслируете Netflix или запускаете одно или два приложения, у вас не должно возникнуть проблем. Я даже смог запустить ежедневную дозу от восьми до 12 вкладок Chrome и от шести до восьми приложений для Android без особых проблем. Docs и Spotify разбились один или два раза, но это не было серьезной проблемой. Было почти невозможно сделать что-либо еще во время вызова масштабирования (хотя это может быть скрытым благословением для моих коллег). Я также запустил дуэт в течение дня использования только Chrome, и все начало замедляться примерно на 15 вкладках. Но опять же, тяжелая многозадачность-это не то, для чего предназначено это устройство (и 4 ГБ оперативной памяти, вероятно, является таким же ограничивающим фактором, как и процессор). СОГЛАСИТЕСЬ ПРОДОЛЖИТЬ ДУЭТ LENOVO CHROMEBOOK Теперь каждое интеллектуальное устройство требует, чтобы вы согласились с рядом условий и положений, прежде чем сможете его использовать, — контрактов, которые на самом деле никто не читает. Мы не можем прочитать и проанализировать каждое из этих соглашений. Но мы начали подсчитывать, сколько раз вам нужно нажать “согласиться” на использование устройств, когда мы их просматриваем, поскольку это соглашения, которые большинство людей не читают и определенно не могут вести переговоры. Чтобы использовать Lenovo Chromebook Duet, вы должны согласиться Подключение к Wi-Fi Условия предоставления услуг Chrome OS Синхронизация Chrome (перенос истории, закладок, паролей и других настроек из вашей учетной записи Google) Персонализированные сервисы Google Условия предоставления услуг Google Play Следующие соглашения являются необязательными Отправляйте диагностические данные и данные об использовании в Google Учетная запись Google Резервное копирование на Google Диск Разрешить приложениям и службам с разрешением на местоположение использовать местоположение вашего устройства Google Assistant voice match Пусть помощник покажет вам информацию, связанную с тем, что находится на вашем экране Подключение к телефону Android Итоговый подсчет пять обязательных соглашений и семь факультативных Говоря о зуме, дуэт имеет две камеры, включая 2-мегапиксельную переднюю стрелку и 8-мегапиксельную заднюю стрелку. Оба были на самом деле лучше, чем веб-камеры, которые я обычно вижу на ноутбуках. Мое лицо во время видеозвонков было четким и не особенно размытым, а камера заднего вида не делает невероятных фотографий, но прекрасно подойдет, если вам нужно сделать снимок ваших заметок или слайда PowerPoint. Двойные динамики (расположенные в верхней панели) обеспечивали удивительно хорошо сбалансированный звук, который был четким при более высокой громкости. Они не становятся такими громкими, как многие полноразмерные ноутбуки-это понятно, учитывая их размер, но это еще одна причина, по которой на этой штуке действительно должен быть разъем для наушников. Игра также была хорошим опытом. Перелистывание Легенд и Легенд о монстрах иногда заикалось, но в целом было довольно гладким. Они также выглядели четко на экране 1920 x 1200. Дуэт даже хорошо поработал с фотоработами в Lightroom. Редактирование, как отдельных фотографий, так и пакетов, не было мгновенным, но и не было мучительно медленным; этот опыт был примерно на одном уровне со среднечастотными хромбуками на базе Intel, которые я тестировал в прошлом. (Панель немного тусклая для тех, кто занимается серьезной творческой работой; яркий свет был достаточно сильным, чтобы экран было трудно увидеть на открытом воздухе). Дуэт Lenovo Chromebook. Буквенные клавиши в порядке, но внешние-это борьба. Переходя к программному обеспечению, все, что нравится людям Chrome OS в Chrome OS, здесь. Дуэт загружается быстро, интерфейс прост, вы получаете автоматическое обновление фона каждые шесть недель, у вас есть доступ к вашим любимым приложениям для Android (включая Microsoft Office) через Google Play Store, а Google Assistant может отвечать на ваши запросы и составлять вам компанию. ОС хорошо интегрирована с остальной экосистемой Google, и есть множество симпатичных способов использовать ее с вашим телефоном Android. Дуэт поддерживает мгновенную привязку, что означает, что вы можете автоматически подключать его к соединению для передачи данных вашего телефона без необходимости возиться с горячими точками. Вы также используете Android для удаленного входа и выхода из Chromebook, если он находится поблизости. И вы можете использовать Click-to-Call для отправки контактных номеров из дуэта на свой телефон. Обычные предостережения Chrome OS также применимы; Приложения для Android являются хитом или промахом, причем некоторые из них хорошо оптимизированы для Chromebook, некоторые из них в порядке, но хуже, чем их браузерные эквиваленты, а некоторые (привет, Facebook Messenger) являются абсолютными катастрофами. По - прежнему гораздо сложнее загружать приложения, чем на Android. Как только вы поймете, какие приложения вы можете безопасно использовать и что вы должны хранить в Chrome, вы сможете отлично ориентироваться в операционной системе. Но если вы новичок в Chromebook, есть кривая обучения. ПРИМЕНЯЮТСЯ ОБЫЧНЫЕ ПРЕДОСТЕРЕЖЕНИЯ CHROME OS Самое интересное здесь то, что Google также внесла несколько изменений в Chrome OS, чтобы оптимизировать его для конвертируемого форм-фактора. Google говорит, что Duet-это первое устройство, которое когда-либо запускалось с версией Chrome, которая на самом деле оптимизирована для использования на планшетах. (RIP Pixel Slate). Существует три режима типа” Режим " (когда клавиатура подключена), режим просмотра (когда подставка открыта, а клавиатура отсоединена) и режим просмотра (когда это просто планшет). (Режим просмотра и режим просмотра, по сути, одинаковы, насколько я могу судить). Функция заголовка в режиме просмотра-это новая система навигации по жестам. Длинный свайп вверх отправляет вас на начальный экран, короткий свайп вверх вызывает полку приложений, проводя вверх и удерживая показывает все открытые окна приложений. Проведите пальцем вверх, удерживайте и перетащите окно в одну сторону, чтобы разделить дисплей; проведите пальцем вправо, чтобы вернуться к предыдущему экрану. Я бы не сказал, что эти жесты были обязательно плавными — по крайней мере, по сравнению с тем, что вы увидите на iPad. Но это начало системы, которая, как я вижу, в будущем станет довольно отшлифованной, и они действительно немного упростили просмотр в режиме планшета. Ничто в дуэте Chromebook не идеально; Я мог бы весь день придираться к различным неоптимальным качествам клавиатуры, тачпада, производительности или экрана. Но Дуэт не пытается быть идеальным. Он не предназначен для опытных пользователей и не предназначен для тяжелой многозадачности. Имея это в виду, это самое близкое к совершенству, что я когда-либо видел с ноутбука-планшета за 300 долларов. Если вы ищете забавное устройство для детей, которое также может справляться с работой на дому, или портативный 2-в-1 для просмотра Netflix и отправки электронной почты на ходу, дуэт должен отлично работать. Это солидный хромбук среднего уровня 2-в-1, который не может быть таким дешевым, как сейчас. https://www.theverge.com/21262694/lenovo-chromebook-duet-review-tablet-chromebook-chrome-os-price
Şərhlər
Deyəsən Həbib müəllimin barənizdə dediklərindən bir nəticə çıxarmamısınız. Ramiz Mehdiyevin 25 il aparatda oturması cənab Prezidentin iradəsi ilə olub və yola salınanda da haqqında birinci şəxs özü ən xoş sözləri deyib, o cümlədən, dövlətimizin ən ali mükafatına layıq görüb. Onun haqqında yazdığınız o məqalələri deyil, ən azı mən dediyim fakta görə susmalısınız.
Ölü balığa dənizdə xəstə yırtıcılar saldırır..
Artur 25 il baş nazir, Ramiz-levon da PA-nın müdürü olması, MN-də vəzifədə qeyri-türklərin olması biz millətin laqeydliyinin nəticəsidir