Menu

Rövşən Rüstəmov rəisi vəzifəsindən azad etdi

04.04.2025, 22:53
Rövşən Rüstəmov rəisi vəzifəsindən azad etdi

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin (Tibb Xidməti) rəisi işdən çıxarılıb.

"AzPolitika" "Qaynarinfo"ya istinadla xəbər verir ki, 2014-cü ildən sözügedən xidmətin rəisi olan, "Əməkdar həkim" adını daşıyan Adil Əvəz oğlu Şükürov vəzifəsindən azad olunub.

Digər əmrlə Həkim-Sanitar Xidmətinin rəisi vəzifəsinə Fəxrəddin Azad oğlu Hümbətov təyin edilib.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov müvafiq əmr imzalayıb.

Şərhlər

Mahir 2025-04-05 00:46:30

Bunun dədəsi Kəlbəcərdə guya tanınan adam idi. Şahlar adlı bir qardaşı da polis idi. Kəlbəcərin hələ işğalına xeyli qalmış Kəlbəcərin icra başçısının arvadı olan bacısını Kəlbəcərdən çıxararkən yolda ermənilərin pusqusuna düşüb öldürülmüşdü buna görə ona "Milli Qəhrəman" adı verilmişdi. Rəhmətlik özü yaxşı adam kimi hörməti vardı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol