Menu

MÖVQELƏRİMİZ MÜXTƏLİF İSTİQAMƏTLƏRDƏN ATƏŞƏ TUTULUR - Yenilənib

23.02.2022, 14:40
MÖVQELƏRİMİZ MÜXTƏLİF İSTİQAMƏTLƏRDƏN ATƏŞƏ TUTULUR - Yenilənib

Azərbaycan Ordusunun Füzuli rayonunun Yuxarı Veysəlli kəndi istiqamətində yerləşən mövqeləri fevralın 23-ü saat 10:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

***

Fevralın 23-ü saat 03:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan istifadə etməklə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Şərhlər

TurkAy 2022-02-23 18:02:45

Nəsimi kinosunda şeyx Əzəm ölümə gedən qızına (yəni bizə) indiki durumumuzu əvvəlcədən görərək üstü örtülü parolla belə çatdırırdı:-mən gücsüzəm ,qızım!!!

qardaş məsləhəti 2022-02-23 15:31:34

rus "qardaşlardan" qətiyyən inciməyin! onlar qoy atsınlar. Amma siz rus "qardaşımıza" güllə atmayın haaaaaa.

"dost" dövlətə 2022-02-23 15:22:26

rus "dostlarımıza" bizi öldürsələr də yaşıl işıq yandırmalıyıq.

turan 2022-02-23 15:20:02

Görəsən bir səbəb olmalıydı ki, erməni quldur dəstələri bizim öz torpağımızda bizə qarşı silah işlətsin? Müdafiə nazirliyi baxır görəsən onun sözçüləri nə danışır?

Azərbaycanlı 2022-02-23 15:01:52

lk öncə Putina bunu demək vacib idi ki, onun ordusu heş atəşkəsin qarşısını ala builmir və ya istəmir..Onların sülh müssüyasının mənası aydın deyil.Onlar yaınız erəmnilərə yardım etməklə mşğuldurlar ki, bu onların missiyasına uyğun gəlmir.

köməyə möhtac 2022-02-23 10:34:31

"rus müttfiqərimizin" köməyidir, bizə daha çox "kömək" edəcəklər.

t.ədalət 2022-02-23 09:51:13

Nə qədər çox Putin-Putin deyirik,bir o qədər mövqelərimiz atəşə məruz qalır..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol