Menu

Rusiyanın hücumu nəticəsində ölən və yaralanan ukraynalıların sayı açıqlanıb

25.02.2022, 00:12
Rusiyanın hücumu nəticəsində ölən və yaralanan ukraynalıların sayı açıqlanıb

Operativ məlumatlara görə, Rusiyanın hücumu nəticəsində 57 ukraynalı həlak olub.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın səhiyyə naziri Viktor Lyaşko bildirib.

O, qeyd edib ki, hərbi əməliyyatlar zamanı daha 169 ukraynalı yaralanıb.

Xatırladaq ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb. Əməliyyatlar zamanı Çernobıl Atom Elektrik Stansiyası, Qostomel hava limanı, Xerson şəhərləri ələ keçirilib, bir sıra obyektlərə hava zərbələri endirilib.

Şərhlər

t.ədalət 2022-02-25 00:54:41

İşğalçı və qatil Rusiyaya lənət olsun!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol