Menu

Roman Qriqorçukun həyat yoldaşı rus analarına müraciət edib

26.02.2022, 16:00
Roman Qriqorçukun həyat yoldaşı rus analarına müraciət edib

"Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun həyat yoldaşı Alina Qriqorçuk rus analarına müraciət edib.

"Report"un məlumatına görə, o, şəxsi feysbuk səhifəsindəki paylaşımında valideynləri öz övladlarını döyüşə göndərməməya çağırıb.

A.Qriqorçuk bildirib ki, əks halda onlar şərəfsizcəsinə öləcəklər: "Ruslar, ordunu dayandırın! Siz övladlarının gələcəyi əlindən alınan anaların lənətinə düçar olacaqsınız. Oğlanlarınızı, ərlərinizi itirəcəksiniz. Nə üçün? Siyasətçilərinizin azğın planlarına görə. Ukraynalılar çox cəsur insanlardır! Dayanın"!.

Qeyd edək ki, hazırda Ukrayanın "Çernomorets" klubuna rəhbərlik edən Roman Qriqorçuk 2015 - 2018-ci illərdə "Qəbələ"nin baş məşqçisi olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol