Rusiyanın Ukraynaya müdaxiləsinin üçüncü günündə gərginlik yenidən artıb. Kreml və Ukraynanın mümkün danışıqlarla bağlı ziddiyyətli bəyanatlarından sonra Rusiyadan yeni açıqlama gəlib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyi Kiyevin danışıqlardan imtina etməsini iddia edərək qoşunlara bütün istiqamətlərdə hücum əmri verildiyini açıqlayıb.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Cümə günü orduya dayanma əmri verən Rusiya lideri Putin danışıqlardan heç bir nəticə vermədikdən sonra "total hücum" əmri verib.
Ekspertlər bunu Rusiyanın Ukraynada çarəsiz vəziyyətə düşməsi ilə bağlayırlar. Putin 3 gün ərzində ciddi nəticə əldə edilə bilməməsini guya indiyədək ordunun tam hücuma keçməməsi ilə bağlamaq istəyir.
Qeyd edək ki, Ukraynada səfərdə olan jurnalist Eynulla Fətullayev də rusların çarəsiz vəziyyətə düşdüyünü bildirir.
Jurnalist Ukrayna ordusunun peşəkarlığından danışıb:“Ukrayna ordusunun yüksək peşəkarlığı və döyüş əzmi məni valeh edir. Həm də ukraynalıların müqavimət iradəsi çox böyükdür!!! Ukrayna böyük qan gölünə çevrilir və rus əsgərləri bu göldə batır”.
Ukrayna Prezidenti Volodimir Zelenski isə jurnalistlərə müraciətində deyib ki, Ukrayna ölkəni azad etmək üçün nə qədər lazımdırsa, o qədər mübarizə aparacaq.
"Biz layiqli cavab veririk. Əminəm ki, bunu xəbərlərdə görürsünüz. Mən sizə yalnız bir şeyi demək istəyirəm: biz ölkəni azad etmək üçün nə qədər lazımdırsa, mübarizə aparacağıq”, - Zelenski bildirib.
"AzPolitika.info"

Şərhlər
Ukrayna ordusu inşallah qalib gələcək. Bütün əli silah tutan silahlanıb düşmənlə vuruşur. Hətda deputatlar məmurlar, Poroşenko Kliçko kimi varlı insanlar da xalqla bir yerdə düşmənlə vuruşurlar.
putin lənətlənmiş qatildir. Allah Ukraynaya kömək olsun!
Bu xəstə Putin və dığalardan ibarət komandası hələdə qanmırki batıblar.Yenə gec deyil .Çıxış yolu nəinki QARDAŞ Ukraynadan,Bütün possovet məkanından ,Suriyadan ,haraya burnunu soxubsa oradan təcili cıxmalı və istefa verməlidir,Əks halda onu TƏMİZ GENEFONDU olan Rus xalqı bu dığa komandası ilə birlikdə SƏDDAMIN gününə salacaq.
Putin nüvə silahlarından istifadə ola bilməyəcək.Çünki belə bir addım atılarsa vəhşiləşmiş Putini NATO səviyyəsində cavab zərbəsi gözləyə bilər.Putin Rusiyanın tarixini məhv etdi.Rusiya bundan sonra təcavüzkar və qeyri-sivil ölkə kimi tanınacaq.
Putin XXI- ci esrin Canisi kimi tarixe düşecek.