Menu

Ukrayna kəşfiyyatçıları Kiyevdə çeçen silahlılarını zərərsizləşdiriblər - FOTO

27.02.2022, 15:59
Ukrayna kəşfiyyatçıları Kiyevdə çeçen silahlılarını zərərsizləşdiriblər - FOTO

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin silahlıları paytaxt Kiyevdə bir qrup çeçen silahlısını zərərsizləşdiriblər.

“Report” xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirinin müavini Anton Qeraşenko deyib.

Onun sözlərinə görə, çeçen silahlıları təcili yardım maşınında şəhər ətrafında hərəkət ediblər.

“İndicə təcili yardım maşınında Kiyev ətrafında hərəkət edən bir qrup çeçen diversantın bir hissəsi Kiyevdə şanlı Ukrayna hərbi kəşfiyyatçıları tərəfindən vurulub, bir hissəsi isə saxlanılıb”, - o, bildirib.

Şərhlər

t.ədalət 2022-02-27 18:44:06

Ramazan Kadırov da belə çezdi..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol