Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bildirib ki, ölkəsi Rusiya Federasiyası ilə danışıqlar nəticəsində geri çəkilmək və təslim olmaq niyyətində deyil.
Bu barədə “Report” Ukrayna mətbuatına istinadən xəbər verir.
Nazir qeyd edib ki, Kiyev dinləmək və öz fikrini bildirmək istəyir. Onun sözlərinə görə, Ukrayna öz ərazisinin bir qarışını belə, təhvil verməyəcək və torpaqlarından imtina etməyəcək.
Dmitro Kuleba dünya ölkələrini Rusiyanı maliyyə cəhətdən tam təcrid etməyə çağırıb.
"Bu, dünyanın ən böyük təyyarəsi olan AN-225 “Mriya” (Ukrayna dilində “Arzu") idi. Rusiya bizim “Mriya”mızı məhv edə bilər. Amma onlar heç vaxt bizim güclü, azad və demokratik Avropa dövləti arzumuzu məhv edə bilməyəcəklər. Biz qalib gələcəyik!” - deyə, Dmitro Kuleba özünün tviterdəki hesabında yazıb.
Qeyd edək ki, Rusiya hərbçilərinin Kiyev yaxınlığındakı Qostomel hava limanına hava hücumu nəticəsində Ukrayna istehsalı olan ən böyük AN-225 "Mriya" təyyarəsi yandırılıb.
Təyyarələrin monitorinqi internet saytı “Flight Radar”dan əldə edilən məlumatlar təsdiq edir ki, fevralın 5-dən sonra "Mriya" Qostomel hava limanında olub və heç yerə uçmayıb


Şərhlər