Ukrayna ordusu sıralarında Rusiya qoşunları ilə döyüşlərə qatılanlar arasında azərbaycanlılar da var. Onlardan biri Ukrayna Milli Qvardiyasının, polkovnik Pyotr Bolboçan adına üçüncü operativ təyinatlı briqadasında xidmət edən Vəliyev Teymur Fikrət oğludur.
1995-ci il təvəllüdlü T.Vəliyev müqavilə əsasında Ukrayna ordusunun sıralarında yer alır. O, fevralın 27-də Xarkovun ruslardan təmizlənməsi əməliyyatında yaralanıb.
Teymur Vəliyevin atası Fikrət Vəliyev Şərur rayonunun Düdəngə kəndindədir. O, uzun illərdir Xarkovda yaşayır.



Şərhlər