Menu

Bu il BDU və ATU akkreditasiyadan keçəcək

05.03.2022, 10:58
Bu il BDU və ATU akkreditasiyadan keçəcək

Bu il Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Tibb Universitetinin (ATU) institusional akkreditasiyası üzrə qiymətləndirməsinin keçirilməsi nəzərdə tutulub.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib.

Qeyd olunub ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsil müəssisələrinin akkreditasiya qaydaları yeni redaktədə təsdiq edilib:

"Sözügedən qaydalara uyğun olaraq ali təhsil müəssisələrinin institusional akkreditasiya üzrə qiymətləndirmə meyarları hazırlanıb və hazırda aidiyyəti qurumlar tərəfindən təsdiq olunma mərhələsindədir. Meyarlar təsdiq olunduqdan sonra mərhələli qaydada ali təhsil müəssisələrinin institusional akkreditasiyası üzrə qiymətləndirməsi həyata keçiriləcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol