Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin yüksək rütbəli əməkdaşı qəfildən dünyasını dəyişib. Bakupost.az xəbər verir ki, polkovnik-leytenant Mübariz Vəliyev dünən axşam saatlarında ürək tutmasından vəfat edib.
1970-ci il təvəllüdlü M.Vəliyev çalışdığı sahədə böyük xidmətləri olan zabitlərdən hesab olunub.
O, 2019-cu ildə Prezident İlham Əliyev tərəfindən Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdikləri yüksək nailiyyətlərə görə “İgidliyə görə” medalı ilə təltif edilib.
Mərhum bu gün dəfn olunub.


Şərhlər
ALLAH RƏHMƏT ELƏSİN.YAXINLARINA SƏBR DİLƏYİRƏM.
Allah rəhmət eləsin
Allah rehmət eləsin. Dünən qonşum da rəhmətə gedib
XDMX adinda qurum var ?))3 ildi legv olunub.yatmisiz yuxuda