Azərbaycanda narkotik vasitələri və psixotrop maddələri internet informasiya ehtiyatlarından istifadə etməklə satanlar cinayət məsuliyyətinə cəlb ediləcək.
"Report"un xəbərinə görə, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif olunur .
Dəyişikliklə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.


Şərhlər
Bu felaketin qarşudını almaq üçün ölüm hökmü berpa olunmalıdır.Bu işi görenlere ise ya ölüm hökmü,ta dz ömürlük hebs cezası verilmelidir ki Milletin genıfondu mehv olmasın.Bu çox yüngül cezadır.