Menu

“YouTube” bəzi Rusiya KİV-ni bloklayıb

11.03.2022, 22:34
“YouTube” bəzi Rusiya KİV-ni bloklayıb

“YouTube” videoplatforması dövlətdən maliyyələşən Rusiya KİV-ni dərhal blokladığını elan edib.

APA-nın TASS-a istinadla xəbərinə görə, bu barədə Tvitterdəki “YouTubeInsider” səhifəsi məlumat yayıb.

Qeyd olunur ki, dövlətdən maliyyələşən Rusiya KİV-nin bütün dünyadan “YouTube”a girişi bloklanır. Qərar dərhal icraya yönəldilir. Lakin bunun həyata keçirilməsi üçün müəyyən vaxt lazımdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol