SƏLCUQ BAYRAKTARDAN YENİ PUA-nın ANONSU - "Yoldadır, gəlir..." + FOTO

“Baykar Savunma”nın texniki direktoru Səlcuq Bayraqdar “Bayraktar” pilotsuz uçuş aparatının (PUA) yeni modelinin adını açıqlayıb və maketinin şəklini nümayiş etdirib.

“Report” xəbər verir ki, o, bununla bağlı tviter səhifəsində paylaşım edib.

“İstehsal xəttinə 3 il yarımdan sonra daha böyük və çevik balıq girdi. PDUS – Pilotsuz Döyüş Uçuş Sistemi: “Bayraktar Kızılelma”. Yoldadır, gəlir. İzləmədə qalın”, - vurğulayıb.

Qeyd edək ki, qədim türk mifologiyasına əsasən, “Qızıl alma” türklərin, xüsusilə oğuz türklərinin can atmalı olduğu utopiya və ideallardır. Türkçülüyün simvollarından biri olan “Qızıl alma” bir növ arzulanan, lakin uzaq, hətta əlçatmaz məqsəd hesab edilir.

635x100

Şərhlər

Gəncə 2022-03-13 00:01:26

EŞQ OLSUN !

Türk Turan 2022-03-12 21:00:57

Allah razı olsun Səlcuq Bayraktardan. Allah müvəffəq eləsin. Allah Türk ordusunu bütün dünyaya hakim qılsın. Amin!

musa 2022-03-12 18:15:14

xtyirli uğurlu olsun .inşallah

Son yazılar