Menu

Rusiyanın “Pervıy kanal”ının redaktoru Putini işğalçı adlandırdı - Canlı efirində müharibəyə etiraz etdi + VİDEO

15.03.2022, 01:02
Rusiyanın “Pervıy kanal”ının redaktoru Putini işğalçı adlandırdı  - Canlı efirində müharibəyə etiraz etdi + VİDEO

Rusiyanın “Birinci kanal”ının əsas xəbər buraxılışında gözlənilməz hadisə baş verib. Canlı efir zamanı naməlum qadın kadra daxil olub.

O, arapıcı Yekaterian Andreyevanın arxasında dayanaraq əlində “Müharibəyə Yox!” yazılmış plakatı nümayiş etdirib.Efir rejissorları onu kadrdan çıxarmağa çalışıblar.

Rusiyanın “Pervıy kanal”ı redaktorun əlindəki plakatla efir zamanı görünməsi ilə bağlı araşdırma aparır. “Report” xəbər verir ki, bu barədə “Pervıy kanal”dan “RİA Novosti”yə bildirilib.

“Vremya” verilişinin canlı yayımında həqiqətən də kadrda kənar şəxslə insident baş verib, daxili yoxlama aparılır”, - telekanalın mətbuat xidməti agentliyə bildirib.

Məlumata görə, ona qarşı inzibati iş gedir və həmin şəxs hazırda saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 20.3.3-cü maddəsi ilə (Rusiya Silahlı Qüvvələrinin istifadəsini nüfuzdan salmağa yönəlmiş ictimai hərəkətlər) məsuliyyətə cəlb edilə bilər.

Qeyd edilir ki, həmin şəxs Marina Ovsyannikovadır, o, “Pervıy kanal”da redaktor işləyir. M.Ovsyannikova hazırda Ostankino rayonundakı polis şöbəsindədir.

M.Ovsyanniko Moskvanın Ukraynada cinayətə yol verdiyiniu, Rusiyanın işğalşı olduğunu, bütün bunlara görə isə Putinin məsuliyyət daşıdığını bildirib.

Şərhlər

Veteran 2022-03-15 23:38:11

Rusiya mujikləri ayıb olsun sizə.Bu qadından ibrət götürün.Bu qadınasa EŞQ olsun.

Elmira 2022-03-15 09:58:38

Yaşa, qızım!

Türk Turan 2022-03-15 09:21:43

Marina Ovsyannikovaya çox təşəkkür edirik, minnətdarıq ki, terrorçu, qatil, diktator putinə belə qarşı çıxıb. Bəli, yekdilliklə razıyıq.

miri 2022-03-15 07:42:39

Bizdə isə rəhmətlik akademikin ".....* adlandırdığı televiziya redaktorları aparıcılıq edir.

t.ədalət 2022-03-15 01:17:39

Qadın haqlıdır.Putin,artıq körpə uşaqların və sivillərin qanını içən vampirə çevrilib.Onun qarşısı alınmasa böyük fəlakətlər baş verəcək.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol