Menu

"Ukrayna Silahlı Qüvvələri əks-hücuma keçir" - Baş komandan

15.03.2022, 15:54
"Ukrayna Silahlı Qüvvələri əks-hücuma keçir" - Baş komandan

“Biz düşməni dayandırmaqla yanaşı, ehtiyat hissələri müəyyən edilmiş əks-hücum istiqamətində yerləşdirmişik”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnıy feysbuk səhifəsində müharibənin 20 gününün yekunundan bəhs edərkən bildirib.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri bir neçə istiqamətdə əks-hücuma keçir: “Ukrayna Silahlı Qüvvələri qarşısına qoyulan tapşırığı icra edir. Ukrayna hərbçiləri itki verir. Ancaq bizim itkilər rəqibinkindən bir neçə dəfə azdır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol