Menu

RUSLAR ÇÖRƏK NÖVBƏSİNDƏKİ İNSANLARI DA GÜLLƏLƏDİ - Əlini qaldıran dinc sakinlər amansızca öldürülür + ŞOK VİDEOLAR (Yenilənib)

16.03.2022, 19:44
RUSLAR ÇÖRƏK NÖVBƏSİNDƏKİ İNSANLARI DA GÜLLƏLƏDİ - Əlini qaldıran dinc sakinlər amansızca öldürülür +  ŞOK VİDEOLAR (Yenilənib)

Ukraynanın Çerniqov şəhərinin mikrorayonlarından birində rus qoşunları çörək növbəsində dayanan insanları atəşə tutub.

Bu barədə "Suspilne” saytı məlumat yayıb. Məlumata görə, atəş martın 16-da, yerli vaxtla səhər saat 10.00 radələrində baş verib.

Atəş nəticəsində azı 10 dinc sakinin həlak olduğu qeyd edilir.

***

Almaniyanın ZDF telekanalı Kiyev yaxınlığında Jitomir magistralında Rusiya hərbçiləri tərəfindən dinc sakinlərin güllələnməsi videosunu yayıb. Manset.az xəbər verir ki, video drondan lentə alınıb.

Avtomobildən enən şəxs əllərini yuxarı qaldırsa da, güllələnib.


Məlum olduğu kimi, Ukraynada Rusiya qoşunları tərəfindən blokadada saxlanılan Mariupol şəhərində əsl humanitar fəlakət yaşanır. Bunu sosial şəbəkələrdə yayılan kadrlar da sübur edir.

Növbəti belə görüntülərdən birində Mariupol sakininin rus tankçıları tərəfindən amansızcasına öldürülməsi əks olunur.

Yaşlı adam ona atəş açılmaması üçün nə qədər çalışsa da faydası olmur.

Rusiyalı tank heyəti müdafiəsiz mülki şəxsi qətlə yetirir.

"Azpolitika.info"

Şərhlər

t.ədalət 2022-03-16 10:28:43

Ruslar həmişə xain ..... olurlar.Azərbaycandakı rusca danışanlar bu kadra baxıb nəticə çıxarsınlar.Biz,bu millətin dilini öyrənməyi yasaqlamalıyıq....ıRus dilini öyrənən də ruslar kimi ...olurlar.

Türk Turan 2022-03-16 10:05:21

Qatil, terrorçu vicdansızlar. Allah bunların belini qırsın. Allah Ukraynaya kömək olsun!

zahid 2022-03-16 09:42:28

Şərəfsizliyin son həddidir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol