Menu

Xırdalanda XTQ-nin şəhid kapitanının büstü qoyulub - VİDEO

18.03.2022, 20:27
Xırdalanda XTQ-nin şəhid kapitanının büstü qoyulub - VİDEO

Bu gün Xırdalan şəhər 5 nömrəli orta məktəbdə Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Veysəl Musibovun büstünün açılışı olub.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olan Veysəl Musibov İkinci Qarabağ Müharibəsində Murovdağın, Cəbrayılın, Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Kəşfiyyatçı kimi döyüşlər başlayandan qabaq döyüşün gedəcəyi ərazilərin tədqiq edilməsində mühüm rol oynamışdır. Veysəl Musibov 7 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

Şəhid kapitanın büstünün açılış mərasimindən hazırlanmış videoreportajı təqdim edirik:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol