Menu

Şəmkirdə ağır yol qəzası olub - Ölən və yaralananlar var

20.03.2022, 23:14
Şəmkirdə ağır yol qəzası olub - Ölən və yaralananlar var

Şəmkirdə iki avtomobilin toqquşması nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində, 1964-cü il təvəllüdlü Hüseynova Şəmsiyə Kamil qızı hadisə yerində dünyasını dəyişib, daha altı nəfər, Qazax rayon sakinləri - Turac Kosayeva (1985-ci il təvəllüdlü) və Elxan Kosayev (1985), həmçinin Şəmkir rayon sakinləri - Günay Məmmədzadə (1889), Ülvi Məmmədzadə (1986), Qumru Sultanova (1998) və Nərgiz Məmmədzadə (2017) xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, Kosayevlər bir ailənin, digər xəsarət alanlar və ölən şəxs isə başqa ailənin üzvləridirir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol