Menu

Yaponiya Rusiyaya nota göndərdi

22.03.2022, 16:03
Yaponiya Rusiyaya nota göndərdi

Rəsmi Moskvanın sülh müqaviləsi üzrə dialoqdan çıxmaq qərarı ilə əlaqədar Yaponiya Rusiyaya etiraz notası göndərib.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokadzu Matsuno bu barədə mətbuat konfransında bildirib: “Biz etiraz notası göndərdik. Bu qərar tamamilə əsassızdır və tamamilə qəbuledilməzdir”.

Rusiya Xarici İşlər Nazirliyi bazar ertəsi bildirib ki, Moskva Tokionun dostca olmayan addımlarına cavab olaraq Yaponiya ilə sülh müqaviləsi bağlamaqdan imtina edir, Yaponiya vətəndaşlarının cənubi Kuril adalarına vizasız gediş-gəlişini dayandırır və cənubi Kuril adalarında birgə iqtisadi fəaliyyətlərin yaradılması haqqında Yaponiya ilə dialoqdan çəkilir.

Şərhlər

Eldəniz 2022-03-22 18:11:39

2 ci Dünya müharibəsi bitəndən sonra hele de RF ilə Yaponiya arasında sülh müqaviləsi imzalanmayıb və bu səbebden Yaponiyadan alınmış Kuril adalarına həle də iddiaları qalır mübahisə predmeti olaraq ..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol