Dubayda bahalı villa, 80 milyonluq şəxsi təyyarə... - Kadırov ailəsini Rusiyadan qaçırıb (FOTO)

Çeçenistanın başçısı Ramzan Kadırovın Dubayda dəbdəbəli villası üzə çıxıb.

"AzPolitika.info" xəbər verir ki, "Ukrainskaya Pravda” nəşrinin araşdırmasına görə, villa “Palm Jumeirah”dakı beşulduzlu “Zabeel Saray Royal Residences” otelinin ərazisində yerləşir.

“Ukrainskaya Pravda”nın mənbələri otelin ərazisinə baş çəkib və Kadırovun villasının fotolarını çəkə biliblər. “Böyük villanın yaxınlığında yerləşən kiçik villada Kadırovun 3-4 çeçen mühafizəçisi yaşayır. Mülkə onun rəsmi müşaviri və Çeçenistan rəhbərinin ərəb və müsəlman ölkələrindəki nümayəndəsi Turko Daudov baxır. Daudovun “İnstaqram” səhifəsində çoxlu fotolar var. Daudovun Kadırovun oğlu ilə 2021-ci ildə Dubaydakı villanın kənarında çəkdirdiyi foto onlardan biridir”,- araşdırmada qeyd olunur.

Məqalədə bildirilir ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan Kadırovun ailəsi və yaxın ətrafı Dubaya yerləşib. Çeçenistan lideri təkcə 2021-2022-ci illərdə Birləşmiş Ərəb Əmirliklərinə 14 dəfə səfər edib. Kadırovun şəxsi təyyarəsinin BƏƏ-də eniş etdiyini onlayn radarlar ortaya çıxarıb. Ramzan Kadırov təxminən 80 milyon dollar dəyərindəki dəbdəbəli “Airbus A319”a da sahibdir. İnteryer dizaynını dünyanın ən bahalı şirkətlərindən olan “British Winch Design”in hazırladığı təyyarə Çeçenistanda deyil, Bermud adalarında yerləşən ofşor şirkətlərdə qeydiyyatdan keçib.

“Kadırov dəbdəbəli həyat tərzi üçün pulu haradan alır? Hələ 2011-ci ildə jurnalistlər Çeçenistan rəhbərinə onun gəlir mənbələri ilə bağlı sual verəndə cavab belə olmuşdu: “Allah verir. Bilmirəm. Pul hardansa gəlir”.

"AzPolitika.info"

635x100

Şərhlər

Veteran 2022-03-30 23:47:30

Elə ÇEÇENLƏR özləri səni edam edəcəklər ay putinin süpürgəsi.

Son yazılar