Menu

“Putin-Zelenski görüşü mümkündür” - Lavrov

04.04.2022, 22:15
“Putin-Zelenski görüşü mümkündür” - Lavrov

Rusiya Prezidenti Vladimir Putinin ukraynalı həmkarı Volodmir Zelenski ilə görüşü Rusiya-Ukrayna danışıqlarında irəliləyiş əldə edildikdən sonra mümkündür.

APA-nın xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ərəb Dövlətləri Liqsının Ukrayna üzrə təmas qrupu ilə danışıqların yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

“Rusiya və Ukrayna prezidentlərinin görüşünə gəlincə, bu, nəticə olduqdan sonra mümkündür - bunu prezident Putin də bildirib. Nəticəni möhkəmlətmək üçün belə bir zirvə görüşü təşkil edilə bilər”, – deyə lavrov vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol