İŞİD terrorçuları İraqda Əlbu Nəmr tayfasına məxsus 322 şəxsi öldürüb. Modern.az saytı xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə İraqın İnsan Hüquqları Nazirliyi məlumat yayıb.
Məlumata görə İŞİD İraqın Hit qəzasında 322 sünni əqidəli insanları öldürüb. Öldürülənlər içərisində qadın və azyaşlı uşaqların olduğu da bildirilir.
Qeyd edək ki, Əlbu Nəmr tayfası İŞİD-ə qarşı mübarizədə İraqın hökumət qüvvələrinə dəstək verirdi.


Şərhlər