KİYEVDƏ AZƏRBAYCANLI DÖYÜŞÇÜNÜN HƏLAK OLMASININ TƏFƏRRÜATI AÇIQLANDI - VİDEO

Martın 27-də Ukraynanın paytaxtı Kiyevin müdafiəsi zamanı azərbaycanlı Elnur Həsənov (“Alik”) həlak olub.Bu barədə “Karpat Seçi” könüllü dəstəsinin feysbuk səhifəsində məlumat yayılıb.

O, “Karpatski Seç”in digər bir könüllüsü David Qoberjişvili ilə İrpendəki düşmən mövqelərində kəşfiyyat fəaliyyəti zamanı həlak olub. Minaatan atəşi onların hər ikisinin həyatına son qoyub.

1993-cü il təvəllüdlü E.Həsənov snayper qrupunun komandiri olub, həmçinin İkinci Qarabağ müharibəsində də iştirak edib.

Döyüş yoldaşları arasında “Alik” ləqəbi ilə tanınan Elnur Həsənov 2022-ci ilin martın 27-də Kiyev uğrunda gedən döyüşlərdə həlak olub.

Həmyerlimiz Rusiyanın Ukraynaya hücumunun ilk günlərindən döyüşlərə qatılıb. Dəstənin rəsmi səhifəsində onun sözləri də qeyd olunub: ““Mən Xarkovu müdafiə etməyi planlaşdırırdım.Qadınların, uşaqların, qocaların necə öldüyünü görəndə mən onları qorumalıyam. Şər hansı ölkədədirsə, hər bir insan özünü o pislikdən qorumalıdır”.

E.Həsənov İrpendə Rusiya qüvvələrinin mövqelərinin kəşfiyyatı zamanı “Karpaet Seçi”nin könüllüsü David Qoberqişvili ilə birlikdə öldürülüb. Onlar minaatan mərmisinin qəlpəsindən aldıqları yara nəticəsində həlak olublar.

“Eşq olsun Elnur Həsənova! Yaşasın Azərbaycan! Yaşasın Ukrayna!”, - səhifə əlavə edib.

Qeyd edək ki, E.Həsənov ailəli və iki uşaq atasıdır. Onun həyat yoldaşı hamilədir.

635x100

Şərhlər

Türk Turan 2022-04-08 16:45:21

Allah rəhmət eləsin, qəbri nurla dolsun! Allah yaxınlarına səbr versin! Fəxrimizsən qardaş!

Türk Turan 2022-04-08 16:35:00

Allah rəhmət eləsin, qəbri nurla dolsun! Allah yaxınlarına səbr versin! Fəxrimizsən qardaş!

əlil 2022-04-08 13:14:30

Allah şəhidimizə rəhmət eləsin!

Son yazılar