Menu

“Ərzaq məhsullarının dünya qiyməti mütləq rekorda yüksəlib” - FAO

09.04.2022, 00:01
“Ərzaq məhsullarının dünya qiyməti mütləq rekorda yüksəlib” - FAO

Ərzaq məhsullarının dünya qiyməti cari ilin martında kəskin surətdə artıb və «maksimum tarixi səviyyəyə» çatıb - Ukrayna münaqişəsi fonunda.

Bu, BMT Ərzaq və Kənd təsərrüfatı təşkilatının (FAO) xəbərindən görünür.

«2022-ci ilin marında FAO ərzaq qiymətlərinin İndeksi 159,3 bənd təşkil edib ki, bu da 12,6 faiz fevral göstəricisindən yüksəkdir. Fevralda o, həmin indeksin yaradılmasından bəri (1990-cı ildə) ən yüksək səviyyəyə çatıb», - təşkilat bildirir.

FAO-da izah edirlər ki, qida məhsullarının dünya qiymətlərinin kəskin yüksəlməsi bitki yağlarının, buğdanın, şəkər və süd məhsullarının qiymətinin əhəmiyyətli dərəcədə bahalaşması ilə əlaqədardır.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol