Menu

ABŞ Fransada Le Penin seçkilərdə mümkün qələbəsindən narahatdır – KİV

09.04.2022, 17:24
ABŞ Fransada Le Penin seçkilərdə mümkün qələbəsindən narahatdır – KİV

Birləşmiş Ştatlar hakimiyyəti Fransada seçki kampaniyasının gedişini artan narahatlıqla müşahidə edir və Marin Le Penin hakimiyyətə gəlməsindən ehtiyat edir.

Bu barədə Amerikanın «Politico» qəzeti xəbər verib.

Fransa prezidenti seçkilərində Le Penin qələbəsi Moskvaya qarşı Qərb koalisiyasında sabitliyi poza bilər, siyasi nəşrin materialında göstərilib.

Vaşinqtonun nəzərincə, seçkilərin belə nəticəsi ona gətirə bilər ki, bəzi NATO ölkələrinin liderləri alyansda olmağın qaçılmaz olduğuna şübhə etməyə başlayar. Məqalə müəllifinin fikrincə, Le Penin hakimiyyətə gəlişi xarici siyasət səhnəsində Ukraynadakı hərbi əməliyyatdan sonra Rusiyanın böyük qələbəsi ola bilər.

Məlum olduğu kimi, bundan əvvəl Fransa prezidentliyinə «Milli birlik» partiyasından namizəd Marin Le Pen bəyan edib ki, Rusiyanı “izqoy-ölkə” (cəmiyyətin üz döndərdiyi ölkə) kimi görmək istəmir və Moskvanın “demonlaşdırılmasından” imtina etməyə çağırıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol