Dünya Bankının proqnozlarına görə, 2022-ci ildə Rusiya və Ukrayna iqtisadiyyatında böyük ölçüdə daralma baş verəcək.
“AzPolitika.info” xəbər verir ki, qurumun açıqladığı məlumatlara əsasən, Ukrayna iqtisadiyyatının bu il 45 faiz, Rusiya iqtisadiyyatının isə 11 faiz kiçiləcəyi proqnozlaşdırılır.
Məlumatda qeyd olunur ki, müharibədən sonra Ukrayna iqtisadiyyatının bərpası üçün milyardlarla dollar vəsait lazım olacaq. Dünya Bankının təxminlərinə görə, Rusiya iqtisadiyyatının 11,2 faiz kiçilməsi digər ölkələr üçün də ciddi problemlər yaradacaq.
Dünya Bankının bu il tənəzzülə uğrayacağını proqnozlaşdırdığı digər ölkələr arasında Belarus, Qırğızıstan, Moldova və Tacikistan da var.
Qurumun məlumatına görə, Rusiya - Ukrayna müharibəsi Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinə iqtisadi cəhətdən Covid-19 pandemiyasından daha çox zərər vuracaq.
“AzPolitika.info”


Şərhlər