Bu gün Prezident İlham Əliyevin təqdimatı ilə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin yeni üzvü təyin edilən və keçmiş sədr Elman Rüstəmovu əvəz edəcəyi gözlənilən Taleh Kazımov tanınmış yazıçı Tahir Kazımovun oğludur.

“AzPolitika.info"nun məlumatına görə, Tahir Kazımov 1942-ci ilin aprelin 27-də Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. Daxili İşlər Nazirliyinin (DİN) Akademiyasında təhsil alıb. 1967-1997-ci illərdə DİN-də müxtəlif vəzifələrdə çalışıb. 1998-2004-cü illərdə Azərbaycan Milli Aerokosmik Agentliyində direktor müavini işləyib. 

Həmin tarixdən sonra isə Prezident yanında Ali Attestasiya Komissiyasında şöbə müduri vəzifəsində çalışıb.

Tahir Kazımov Birinci Qarabağ müharibəsinin iştirakçısı və veteranıdır.

1965-ci ildən həm dəbədii yaradıcılıqla məşğul olan Tahir Kamov çoxsaylı əsərlərin və şeirlərin müəllifidir.

T.Kazımov bu ilin mart ayında 80 yaşında vəfat edib.

Xatırladaq ki, 70 yaşı tamam olan Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmov da əslən Cəbrayıl rayonundandır.

"AzPolitika.info"