Menu

UKRAYNADA DÖYÜŞƏN AZƏRBAYCANLI BACILAR – Ataları Nizami rayonunun icra başçısı olub

14.04.2022, 19:17
UKRAYNADA DÖYÜŞƏN AZƏRBAYCANLI BACILAR – Ataları  Nizami rayonunun icra başçısı olub

Ukraynada döyüşən azərbaycanlılar аrasında qadınlar da var. Bunlar Leyla və Dərya bacılarıdır.

Kiyevdə yaşayan Dərya və Leyla bacıları müaharibənin ilk günlərindən tibb bacısı kimi cəbhəyə yollanıblar. Tibb təhsili almış bacılar döyüşçülərə və mülki şəxslərə ilkin tibbi yardımla bağlı məsləhətlər də verilər.

Qeyd edək ki, Leyla Muxtarova və Dərya Hüseynova AXC hakimiyyəti dövründə Bakının Nizami rayonunun icra başçısı olmuş Xəqani Hüseynovun qızlarıdır.

"Gundem.az" biildirir ki, Xəqani Hüseynov 90-cı illərin ortalarında Ukraynaya köçüb. O, 2015-ci ildə infarktdan dünyasını dəyişib. Xəqani Hüseynov Ukrayna prezidenti Viktor Yuşşenkonun müşaviri işləyib.

Şərhlər

esger 2022-04-14 16:42:25

Burada təəcübLü bir şey yoxdur Onlar artıq ukraina vətəndaşlarıdır Ozünə vətən seçib onun müdafiəsinə qalxıblar Bizim Qarabağ müharibəsində Azərbaycan ugrunda vuruşan azərbaycan vətandaşı olan ukrainalı, rusu, tatarı, gürcü, yahudi və digər xalqların nümüyəndəsi var idi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol