Menu

"Rusiya və Ukrayna prezidentlərinin görüşü ilə bağlı anlaşma yoxdur" - Peskov

14.04.2022, 14:54
"Rusiya və Ukrayna prezidentlərinin görüşü ilə bağlı anlaşma yoxdur" - Peskov

“Rəsmi Moskva ilə Kiyev arasında birbaşa danışıqların yeni raundu ilə bağlı anlaşma yoxdur”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov aprelin 14-də jurnalistlərə bildirib.

O, TASS-ın müxbirinin Rusiya və Ukrayna prezidentlərinin görüşü ilə bağlı sualına cavabında deyib: “Yox, hələ heç nə yoxdur”.

D.Peskov deyib ki, Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdən prinsipial olaraq heç vaxt imtina etməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol