SABİQ NAZİRİN NƏVƏSİ ÜÇÜN XÜSUSİ MAŞIN YIĞILDI - Neçəyə başa gəlib? + VİDEO (Yenilənib)

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov oğlu Ziya üçün xüsusi maşın yığdırıb. Bunu əks etdirən görüntüləri tanınmiş türk iş adamı Erbakan Malkoç instaqramda paylaşıb.

E. Malkoç qeyd edib ki, bu maşın Ziyanın öz seçimi ilə yığılıb. Uşaq maşını bəyəndiyini deyib.

Qeyd edək ki, E. Malkoç “Mercedes Viano” markalı maşınları xüsusi şəkildə sifarişlə yığıb satan böyük firmanın rəhbəridir. Onun sifarişlərinə daha çox ərəb şeyxləri, milyarderlər maraq göstərirlər.

A. Məmmədov sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun qızı Fəridə ilə evlidir.

Həmin görüntüləri “Qafqazinfo” ya istinadən təqdim edirik:


Yayılan videogörüntülərdə avtomobilin markası görünmür. Amma ehtimal etmək olar ki, bu “Mercedess Viano” avtomobilidir. Ümumiyyətlə, burada avtomobilin markası rol oynamır. Çünki Erbakan Malkoçun şirkəti istənilən qiymətə olan avtomobili lüks səviyyədə yığmaqla maşının qiymətini 10-20 dəfə baha qiymətə satır. Onun müştəriləri dünyanın ən zəngin adamlarıdır.

Musavat.com-un məlumatına görə, İnternet üzərindən araşdırma apardıqda məlum olur ki, Malkoçun bu xidməti 70 min avrodan başlayır. Sifarişdən asılı olaraq bəzən qiymət hətta 2 milyon avroya kimi də qaldırılır.

Anar Məmmədovun oğlu Ziyaya hədiyyə etdiyi bu “oyuncağ”a nə qədər ödəniş etdiyi haqda əlimizdə heç bir rəqəm yoxdur. Eyni zamanda A. Məmmədovun minimalist olmadığı da oxuculara bəllidir.

Bir daha qeyd edərək avtomobil Ziya üçün xüsusi olaraq hazırlanıb. Bunu həmin avtomobilin oturacaqlarının üzərinə yazılmış “Ziya” adından da görmək olar.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə “Yeni Sabah”a bildirib ki, avtomobillərin bu formada hazırlanmasının standart konfuqurasiyada qiyməti Türkiyədə 60-62 min avrodur. Erbakan Malkoç isə daha populyar olduğundan onun qiymətləri fərqlidir: “Həmçinin xüsusi sifarişlə, xüsusi zövqlə yığıldıqda qiymət 200 min avroya qədər qalxır. Bu da Ziya Məmmədov üçün boş şeydir”.

635x100

Şərhlər

Veteran 2022-04-21 12:37:40

Az qalıb. Polad Aləmdar qapıdadır.

vetendash 2022-04-21 08:25:31

Maraqlidir neve Ziya baba Ziyanin cekdirdiyi Baki-Quba yoluyla bu xususi sifarishli VIP mashinla getsa babasi haqda hansi sozleri deyar?... yeqinki canina dualar oxuyub tesekkur edar ki sagol ay baba cekdiyin keyfiyyetli ve analoqu olmayan yola gore...

zaur 2022-04-20 16:28:34

Can sağlığı ilə.Amma bu maşın da Böyük Ziyanın axırına çıxmasa yaxşıdır))))

Vətəndaş 2022-04-20 16:22:39

TALANÇILAR KEFDƏ MİLLƏT İSƏ ÇÖRƏK PULUNA MÖHTACDIR. ALLAH GÖTÜRMƏZ BU ƏDALƏTSİZLİYİ,ALLAHSIZLIĞI. İNŞALLAH!

Tahir 2022-04-20 16:11:03

Tanış olun: Qoca Ziya özündən beş betər büdcə yeyən, ayı yeyən, dəmir relsləri və vaqonlarının yeyən kadr hazırlayır. Yəni Qoca Ziya bir hissəsini yetirdikdə yeni Ziya hamısını bir uduma yeyə biləcək səviyyədə hazırlanır.... Hazır olun millət. Hazır olun...

Adam 2022-04-20 15:16:36

CAMAATIN PULUNA KEF ELIYIRLER..

Tahir 2022-04-20 13:57:31

Dövlətin pulunu nəsilbənəslinə kifayət edəcək ogurlaldı. Sonra bir az yıgdıgının üstündən alıb guya hansısa " tədbir görüldü" imitasiyası yaradıldıqdan sonra buraxdılar ki, " Get dədənin malı kimi ye, keyfini çək Ziya" İndi Ziya və oglü könlü istəsə gündə bir ayı yeyər və deyər ki, mal- qara saxlayıb qazanmışam və əcəb edirəm...

ƏDALƏT 2022-04-20 13:00:15

Əsas korrupsioner aıiqarxlar hələdə sultan həyati sürür. Analoqu olmayan qudalar ölkəsi

t.ədalət 2022-04-20 12:13:31

Azərbaycan büdfcəsinin ən nəhəng talançısı,Dəmir yolu idarəsinə rəhbər keçdiyi gün Məmməd Əmin Rəsulzadənin büstünü balta ilə parça-parça edən,sərəcamında olan "İşbanka" vasitəsi ilə nadlaşdırma oyunçusu Ziya Məmmədov istəsə bala Ziya üçün "Boinq" təyyarəsini də xüsusi olaraq yığdıra bilər.

Son yazılar