Menu

"Rusiya Ukrayna ilə danışıqlardan imtina etmir" - Putin

26.04.2022, 21:15
"Rusiya Ukrayna ilə danışıqlardan imtina etmir" - Putin

Rusiya Ukrayna ilə danışıqlardan imtina etmir.

"Report" TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin BMT baş katibi Antoniu Quterreşlə Moskvada keçirdiyi görüşdə deyib.

Putin bildirib ki, ölkəsi Ukrayna ilə bağlı diplomatik yolda razılıq əldə etməyi gözləyir.

V.Putin, həmçinin Rusiya-Ukrayna nümayəndə heyətlərinin Türkiyədə keçirilən görüşünü müsbət qiymətləndirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol