Menu

“Buçada baş verənlərin Rusiya ordusuna aidiyyəti yoxdur” - Putin

26.04.2022, 23:00
“Buçada baş verənlərin Rusiya ordusuna aidiyyəti yoxdur” - Putin

“Ukraynanın Buça şəhərində baş verənlərin Rusiya ordusuna heç bir aidiyyatı yoxdur. Lakin Moskva bu təxribatı kimin törətdiyini bilir”.

APA-nın xəbərinə görə, bunu Rusiya Prezidenti Vladimir Putin BMT-nin Moskvada səfərdə olan Baş katibi Antonio Quterreşlə görüşdə bildirib.

Putin bildirib ki, İstanbulda Rusiya-Ukrayna danışıqlarında ciddi irəliləyişə nail olunub. Lakin danışıqları davam etdirmək üçün açıq niyyət olduğu anda Moskva belə bir təxribatla üzləşib. Bundan sonra vəziyyət köklü şəkildə dəyişib.

Putin bildirib ki, hadisələrin Rusiya ordusuna heç bir aidiyyəti olmasa da, Moskva bu təxribatı kimin və hansı vasitələrlə törətdiyini bilir.

Şərhlər

t.ədalət 2022-04-27 10:46:08

Rusiya hökuməti,doğrudan da fırıldaqdan yaranıb.Dünyanın gözü qarşısında soyqırımı törədir,sonra da boyun qaçırır.Şərrəmə,yalan və böhtan üzrə formalaşan keçmiş ssri-nin tərbiyəsi hələ uzun müddət cəmiyyətə ziyan verəcək.Elə bizim hüquq-mühafizə orqanlarında da putinizm baş verir..

Amon 2022-04-26 23:29:26

O zaman xocalinin da rusiyaya aidiyyati yoxdu bunlar ne qeder yalan danisir ilahi

Adəm 2022-04-26 23:24:08

Yox əşi. Bəs Ukrayna kimnən müharibə edir? Bəlkə eskimoslarla? Bəlkə hindularla raket, dərin, tank və təyyarə ilə vuruşur? Çinqaçuk da gəlib xaxollarla Buçada ondan, nizədən keçirib eləmi? Ay səni oğlan öləsən ay Volodya. Lap inanmadım gəlir ha bu uydurmana...

Tahir 2022-04-26 23:13:08

Putler tamamilə dogru söyləyir. Buradakı qətliamı Amerikadan uçub gələn qara qarğalar törədib. Rusun qəti bundan xəbəri yoxdur.... Boyunu yerə soxum elə a Putler. Son zamanlar hər azını açanda özünü lap rüsvay edir. Baş tamam tərsinə işləyir...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol