Menu

Mayya Sandu Moldova və Rumıniyanın birləşməsi üçün şərtləri açıqlayıb

28.04.2022, 18:42
Mayya Sandu Moldova və Rumıniyanın birləşməsi üçün şərtləri açıqlayıb

Moldovanın Rumıniya ilə birləşməsi yalnız bu ideyanın əhali tərəfindən dəstəklənməsi ilə mümkün ola bilər. AZƏRTAC xəbər verir ki, bunu Moldova prezidenti Mayya Sandu Jurnal TV telekanalına müsahibəsi zamanı iki ölkənin birləşməsinin mümkünlüyü ilə bağlı sualı cavablandıran zaman deyib.

“Bu, yalnız xalqın dəstəyi ilə mümkündür. Hələ ki, xalq bunu istəmir və ya həmin hədəfi dəstəkləyən kritik kütlə hələ formalaşmayıb”, - deyə Mayya Sandu bildirib.

Bir müddət öncə ölkənin sabiq baş naziri Yuri Lyanke Moldovanın hərbi təhlükəyə qarşı NATO və Avropa İttifaqının müdafiəsini təmin etməsi üçün Rumıniya ilə birləşməli olduğunu deyib. Moldova qanunvericiliyə görə, belə məsələlər respublika referendumuna çıxarılmalıdır.

Qeyd edək ki, 1918-ci ildə Kişinyovda yerləşən yerli idarəetmə orqanı qonşu ölkə ilə birləşmə qərarı verdikdən sonra Rumıniya ordusu Moldovaya daxil olub. 1940-cı ilin iyununda Sovet İttifaqı Moldovanı öz ərazisinə qatsa da, 1991-ci ildə Kişinyov müstəqilliyini qazana bilib. Hazırda hər iki ölkədə birləşmə ideyasının tərəfdarları mövcuddur. Moldovada keçirilən rəy sorğularının nəticələrinə görə, əhalinin 50 faizdən çoxu Rumıniya ilə birləşməyə qarşıdır.

Şərhlər

Qaraguruha 2022-04-29 01:23:03

Moldoviya birləşəcək tezliklə rumniya ilə birlikdə rusiyaya

qaraguruh 2022-04-28 20:49:34

Maya xanıb heç bir şərt irəli sürmədən birləşmək lazımdır--onsuzda büyük dövlətlər xırdaları udmaq və ya parçalamaq qərarını veriblər--bu elə hamıya yəni bizədə aiddir--prosesləri diqqətlə izləyənlər bunu görür-görmək istəməyənlər isə bu başq məsələdir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol