Menu

Kanadanın Baş nazirinin Rusiyaya girişi qadağan edilib

28.04.2022, 21:43
Kanadanın Baş nazirinin Rusiyaya girişi qadağan edilib

Kanadanın Baş naziri Castin Trudo və Xarici işlər naziri Melani Coli Rusiyaya girişi qadağan edilmiş şəxslər siyahısına salınıb.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Siyahıda 592 Kanada vətəndaşının adları yer alır. Onların Rusiyaya girişi daimi əsasda qadağan edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol