Menu

Ramazan ayının iyirmi doqquzuncu gününün imsak, iftar və namaz vaxtları - FOTO

30.04.2022, 00:23
Ramazan ayının iyirmi doqquzuncu gününün imsak, iftar və namaz vaxtları - FOTO

Bu gün Ramazan ayının 29-cu günüdür.

Sabah imsak vaxtı saat 04:07-də, iftar vaxtı isə 19:50-dədir.

Aprelin 30-u üçün namaz vaxtları:

Sübh azanı 04:12

Günorta (Zöhr) azanı 12:38

İlkindi (Əsr) azanı 17:32

Axşam (Məğrib) azanı 19:50

Gecə ( Yatsı və ya İşa) azanı 20:59

İmsak duası: “Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu-minin!”

Tərcüməsi: “İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə qüvvət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah!”

İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul eləsin!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol