Menu

İşğalçı ordunun Ukraynada törətdiyi dəhşətlər - "Əsirləri bir-bir güllələyirdilər..." + FOTOLAR

30.04.2022, 13:10
İşğalçı ordunun Ukraynada törətdiyi dəhşətlər - "Əsirləri bir-bir güllələyirdilər..." + FOTOLAR

Ukraynanın Çerniqov vilayətindən geri çəkilməyə məcbur edilən işğalçı Rusiya ordusunun dəhşətli cinayətləri üzə çıxıb. 

"Azadlıq" radiosuna danışan şahidlər bildiriblər ki, əsirlərə amansız işgəncələr verilib və daha sonra onlar güllələniblər.

Öldürülənlərdən 6 nəfəri vilayətin Starı Bıkov kəndini sakinidir, onları küçədə yaxaladıqdan sonra bir müddət əsirlikdə saxlayıb, ağır işgəncələrə məruz qoyublar. İşğalçı ordu Çernikov vilayətini tərk etdikdən sonra isə kənd qəbristanlığında başından güllə ilə vurularaq qətlə yetiriliblər.

"Qonşu Novı Bıkov kəndində isə rusiyalı əsgərlər qazanxananın zirzəmisində müvəqqəti həbsxana qurmuşdular. Onlar burada qırx əsir saxlayırdılar", -deyə jurnalistə danışan kənd sakini deyib. 

O, Rusiya əsgərlərinin sakinləri bir-bir evdən çıxararaq kənd qəbirstanlığında güllələmələrinin şahidi olub. Jurnalistlər qətlə yetirilənlərdən üçünün şəxsiyyətini müəyyənləşdirə biliblər. Ukrayna Silahlı Qüvvələrinin dəstəyi ilə qurbanların öldürüldükləri yerlərin fotoları əldə olunub.

Fevralın 27-də Starı Bıkov kəndinin işğalının ilk günündə Rusiya hərbçiləri 6 mülki kişini güllələyiblər. Onları küçədə saxlamışdılar. Şahidlərin dediyinə görə, bu, Ukrayna qüvvələrinin körpünü dağıtmasına və onların karvanını atəşə tutmasına görə qisas aktı idi.

"Uşaqlar, mənim oğlumu və kürəkənimi buraxın” – deyə Viktoriya Vovk yalvarırıdı. Onları elə evin həyətində saxlamışdılar. Rusiya hərbçiləri söz vermişdilər ki, kişiləri dindirib buraxacaqlar. 

Amma Viktoriya az sonra atəş səsləri eşidib. O şübhə etmirdi ki, oğlu Boqdan Qladkonu və kürəkəni Aleksandr Mogirçuku güllələyiblər. Viktoriya deyir ki, onları başlarından güllələmişdilər.

Rusiya qoşunları sıxışdırılıb Çerniqov vilayətindən çıxarılandan sonra Ukrayna milli polisi edam olunanların cəsədlərini eksqumasiya edib. Cəsədlərin müayinəsi onların ölümlərindən əvvəl işgəncələrə məruz qaldıqlarını göstərib: "Onları təkcə başlarından güllə atmaqla öldürməyiblər. Onları alçaldıblar. Kürəkənimin yuxu arteriyasını kəsiblər, oğlumun isə ürəyini deşiblər, qabırğalarını sındırıblar”.

Boqdan Qladko – 29 yaş

İqor Yavon 32 yaş

Oleq Yavon – 33 yaş

Aleksandr Mogirçuk – 38 yaş

Aleksandr Vasilenko - 39 yaş

Vladimir Putyata - 46 yaş

Əsirlikdə 12 gün saxlanmış Maksim Didık deyir: "Əsirlərin başına şüşə butulkalarla zərbə endirirdilər, qulaqlarının yanından avtomatla atəş açırdılar, onları qundaqla döyürdülər, silahı ağızlarına soxub danışmağı tələb edirdilər”.

Sonradan Maksimə burada müxtəlif işlər gördürüblər. Didık başqa əsirlərdən fərqli olaraq baş verənləri görürdü. O danışır ki, martın 29-30-da Ukrayna qüvvələrinin təzyiqi altında kəndi tərk etməyə məcbur olanda Rusiya hərbçiləri qazanxanadakı əsirləri bir-bir çıxarıb güllələyiblər. Maksim deyir ki, onu da güllələmək istəyiblər. Amma onu işlədən Rusiya əsgərinin Maksimə yazığı gəlib. Əsgər ona 4 əsiri güllələdiyini, amma 6-sını buraxdığını deyib. Kənd azad ediləndən sonra qəbirstanlıqda daha üç kişinin meyitləri tapılıb.

Jurnalistlər Ukrayna Silahlı Qüvvələrindəki mənbələrinin köməyi ilə Novı Bıkov kəndindən ən axırda çıxan Rusiya hərbi birləşmələrini müəyyən edib. Rusiya Federasiyasının 30-cu motoatıcı briqadasının daimi dislokasiya yeri Samara vilayətinin Roşşinski qəsəbəsidir. Bu, fevralın 24-də Ukraynaya ilk soxulan birləşmələrdən biridir. (azadliq.org)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol