Menu

"Bu cinayətkar yalnız Pablo Eskobarla müqayisə edilə bilər" - ABŞ-a ekstradisiya edildi

05.05.2022, 09:43
"Bu cinayətkar yalnız Pablo Eskobarla müqayisə edilə bilər" - ABŞ-a ekstradisiya edildi

Kolumbiyanın ən nüfuzlu narkobaronlarından olan “Otoniel” ləqəbli Dairo Antonio Usuqa ABŞ-a ekstradisiya edilib.

APA xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti İvan Duke rəsmi məlumat verib.

“Məlumat verirəm ki, “Otoniel” ləqəbli Dairo Antonio Usuqa ABŞ-a ekstradisiya edilib. Bu cinayətkar yalnız Pablo Eskobarla müqayisə edilıə bilər” – deyə dövlət başçısı Tvitterdə yazıb.

Qeyd edək ki, 50 yaşlı narkobaron ötən oktyabrda hərbi əməliyyat zamanı saxlanıb. 2009-cu ildə Nyu-York məhkəməsi onun yerini bildirənə 5 milyon dollar vəd etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol