Menu

"Yeni sistem vasitəsilə kadr axtarışında yeni reallıq formalaşacaq" - Sədr

05.05.2022, 11:12
"Yeni sistem vasitəsilə kadr axtarışında yeni reallıq formalaşacaq" - Sədr

"Əmək və məşğulluq" alt sistemi vasitəsilə 100 minə yaxın vakansiyalar real vaxt rejimində toplanacaq və bu, bizə imkan verəcək ki, işsiz şəxslər işlə təmin olunsunlar".

"Report" xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib.

Onun sözlərinə görə, yeni sistem vasitəsilə kadr axtarışında yeni reallıq formalaşacaq: "Vakant iş yerinə ən uyğun işçi insan faktoru olmadan uyğunlaşdırılacaq. Bu sistemlə kadr potensialının formalaşmasında yeni yanaşma olacaq".

M.Abbasbəyli vurğulayıb ki, sistem vasitəsilə gələcəkdə işəgötürənlərin səhv ehtimalı, işçilərin hüquqlarının pozulması minumuma endiriləcək: "Bunun nəticəsində fiziki yoxlamaların sayı azalacaq. Toplanan datalar əsasında gələcəkdə əmək bazarının təhlillərini apara biləcəyik".

Şərhlər

qaraguruh 2022-05-05 12:23:06

Mustafa bəy bu yaxşı ideyadır ciddi girş bu işə və geri çəkilmə--DİM market dövlət orqanları ilə əlbir olub dosbazlıq -vəzifədəkilərə yarınmaqla kadrların yerləşməsinə şərait yaradır

Ramiz 2022-05-05 11:59:03

Gülməli! Kadr axtaran,arayan var ki? Hamısı qohum,qardaş,tanışını başına yığıb baş girləyir.Nə ixtisas,nə savad,nə təcrübə! İanmayan nazirliklərə,idarələrə,İcra hakimiyyətlərinin kadrlarının tərkibinə baxsın.Ona görə xalq zülm içindədir.

t.ədalət 2022-05-05 11:50:54

Nə qədər ki regionçuluq xəstəliyi--etnik fərqlilik var,deyilənlər yalandır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol