“PUTİN SUPERYAXTASINI TÜRKİYƏYƏ QAÇIRIR” – 700 milyon dollar dəyərləndirilir + FOTOLAR

Putinə aid olduğu iddia edilən “Şeherezade” (Şəhrizad) adlı yaxtanın Avropa ölkələrinin sanksiyalarından qorunmaq üçün Türkiyəyə aparılacağı iddia olunur.

“AzPolitika.info” Britaniyanın “The Telegraph” nəşrinə istinadla xəbər verir ki, “Şeherezade” adlı yaxta İtaliyanın Massa yaxınlığındakı Porto di Karrara limanından suya salınıb.

Qəzet yazır ki, dünyanın 14-cü ən böyük yaxtası olan “Şeherezade” 140 metr uzunluğundadır və dört mərtəbədən ibarətdir.

Yaxtada iki helikopter meydançası, hovuz, spa, gözəllik salonu, cakuzi və 18 qonaq otağı var.

Məlumatda qeyd olunur ki, “Şeherezade” Almaniyanın Lürssen firması tərəfindən istehsal olunub, qiyməti 700 milyon dollardır.

“AzPolitika.info”

635x100

Şərhlər

t.ədalət 2022-05-06 20:52:52

Puitin,görünür,Liviyanın prezidenti Qəddafinin taleyindən nəticə çıxarmayıb.Anlamayıb ki,dövlət rəhbərlərinin oğurladıqları sonda əlində qalmır..

Son yazılar