Rusiyanın Böyük Britaniyanın Edinburq şəhərində baş konsulu Andrey Yakovlev Ukraynadakı müharibəyə qarşı çıxıb və ukraynalıların Rusiyanın təcavüzünə qarşı silahlı mübarizəsini dəstəkləyib.
"AzPolitika.info" xəbər verir ki, bu bardə konsulluğun "İnstaqram" səhifəsində məlumat paylaşılıb.
"Mən, Rusiyanın Edinburqdakı baş konsulu Andrey Yakovlev Rusiya Federasiyasının hərbi xüsusi əməliyyatı, suveren, müstəqil Ukrayna dövlətinə qarşı davranışını şiddətlə qınayıram. Ukrayna Silahlı Qüvvələrinə Avropa İttifaqı ölkələrindən istənilən yardımı tam dəstəkləyirəm" - deyə, konsul bildirib.
Qeyd edək ki, bu paylaşımdan təxminən yarım saat sonra konsulluğun hesab bağlanıb. Qeyd olunub ki, səhifəy müdaxilə olub və paylaşım hakerlər tərəfindən həyata keçirilib. Amma baş konsul A.Yakovlevin özü hər hansı açıqlama verilməyib və onun harada olmasından xəbər yoxdur.
"AzPolitika.info"



Şərhlər
Konsulu,güman ki Putinin casuslarından biri öldürəcək.