PUTİN ATA OLMAĞA HAZIRLAŞIR – "O, bu xəbərdən böyük sarsıntı keçirib"

Putininlə gizli eşq yaşadığı deyilən 38 yaşlı keçmiş gimnast Alina Kabayevanın hamilə olduğu iddia edilir.

“AzPolitika.info” Rusiyanın “Gneral SVR” kanalına istinadla xəbər verir ki, Putinlə qeyri-rəsmi münasibətdə olduğu deyilən Kabayevanın, üçüncü dəfə ana olmağa hazırlaşdığı iddia olunur.

Məlumatı verən mənbə iddia edir ki, Putin yenidən ata olacağını öyrəndikdən sonra böyük sarsıntı keçirib və şoka düşüb. Kanalın məlumatına görə, ağır xəstəlikdən əziyyət çəkən Putin belə bir vaxtda ata olmağı düşünmədiyindən, bu xəbəri məyusluqla qarşılayıb.

Məlumatda qeyd olunur ki, rusiyalı gimnast Alina Kabayeva Putindən iki oğul dünyaya gətirib. İlk doğuş İsveçrədə, ikinci isə “prezidentin qərarı ilə” Moskvada baş tutub.

Bəzi iddialar görə, bir müddət deputat olan Kabayeva, Putinlə yaxınlığı sayəsində böyük sərvətlərə sahib olub və İsveçrəyə yerləşib. Beynəlxalq KİV-lərin məlumatına görə, Kabayeva ilk dəfə ötən ay Ukraynanın işğalından sonra Moskvada görüntülənib və “Alina 2022” televiziya proqramında İkinci Dünya Müharibəsi zamanı Sovet İttifaqının nasistlər üzərində qələbəsindən bəhs edən verilişin aparıcısı olub.

Qeyd edək ki, Putin bu günə kimi Alina Kabayeva ilə münasibətinin olub-olmamasına heç bir reaksiya verməyib.

“AzPolitika.info”

635x100

Şərhlər

Roma 2022-05-12 14:09:57

Bir yanda kef çəkir, bir yanda da böyük bir Dövləti dağıdır və dünyanı da rahat buraxmır, içi biz qarışıq...

Eko 2022-05-09 19:59:54

... biridi )))

t.ədalət 2022-05-09 19:58:12

Özündən sonra dünyada günahlarını qoyub gedəcək bir adamın övladları üçün də çətin olacaq.

Son yazılar