Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə icraatı dayandırılıb. APA-nın xəbərinə görə, Binəqədi Rayon Məhkəməsində hakim Mahirə Kazımovanın sədrliyi ilə araşdırılan şikayətlə bağlı yekun olmayan məhkəmə aktı çıxarılıb.
İttiham olunan müğənni Afət Fərmanqızı məhkəmədən gizləndiyinə görə həbs nəzərdə tutulmadan axtarışa verilib.
Müğənni məhkəməyə gətirilənə qədər məhkəmə icraatının dayandırıldığı elan olunub.
Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə ittiham olunması tələb edir.


Şərhlər
Belə antimilli ünsürlər, onlar üçün münbit şərait yarandığından bunları saxlayan qudüzlaşmışların hesabına bütün televiziyaları zəbt ediblər. Az qalıb.Bildirçinin bəyliyi xırmanda dən qurtarana qədərdir. Bunların hamısının kökünü kəsəcəklər.
Yetər belə .... bütün ətrafına küfr etmələri, ölkə boyu meydan oxumaları. Yetər.Bunun bironu olmalıdır.Efir, ekran, KİV- lər bunlar üçün evlərində, ailələrində, məişətlərində olduğu kimi geniş söyüş meydanına çevrilib.