Rusiyalı aktrisa Liya Axedjakova Rusiyanın başlatdığı müharibədən bezdiyini və Ukraynanın qələbəsindən sonra tez bir zamanda bu ölkəyə gəlmək istədiyini bildirib.
“Mən bu müharibədən o qədər yorulmuşam ki, heç nəyi şərh etmək belə istəmirəm. Rusiyanın bu xəyali böyüklüyündən, “torpaqlarımız” uğrunda mübarizəsindən yorulmuşam. Mən Putindən yorulmuşam. Sülh, mehribanlıq və əmin-amanlıq istəyirəm. Mən insanları sağ, salamat və şən görmək istəyirəm”, – Axedjakova “Instagram” səhifəsində yazıb.
Bundan əlavə, aktrisa qeyd edib ki, ukraynalılar hazırda iki cəbhədə vuruşurlar: “Öz ölkələrini müdafiə edir və Putin rejimini boğulmağa və zəifləməyə məcbur edirlər”.
“AzPolitika.info”


Şərhlər
Kremli , orada məskən salmış erməni dığaları ilə birlikdə partlamağına lap az qalıb.
Əsl ziyalı ...konkret qısa məzmunda öz etirazını bildirib..