MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULDU - Müdafiə Nazirliyindən açıqlama

Mayın 14-ü saat 11:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb", - qurumdan bildirilib.

635x100

Şərhlər

t.ədalət 2022-05-14 22:53:12

Putin hakimiyyəti qaldıqca belə olacaq..

Son yazılar