ABRAMOVİÇƏ DAHA BİR ZƏRBƏ - 10 milyon avro dəyərində olan evinə həbs qoyuldu + FOTOLAR

Portuqaliyanın Alqarve bölgəsində rusiyalı oliqarx Roman Abramoviçin 10 milyon avro dəyərində olan evinə həbs qoyulub. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə yerli “Publico” qəzeti məlumat yayıb.

Qəzetin informasiyasına əsasən, Ukraynada hərbi əməliyyatların başlamasına 15 gün qalmış Abramoviçin investisiya holdinqinə məxsus “Millhouse Views” MMC bu əmlakı satmağa cəhd edib, lakin Portuqaliyanın “Caixa Geral de Depósitos” dövlət bank korporasiyası bu barədə polisə məlumat verib.

Portuqaliya Xarici işlər nazirliyinin tələbi ilə martın 25-dən əmlakın qeydiyyatı dondurulub.

Xatırladaq ki, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Roman Abramoviç Avropa İttifaqı və Böyük Britaniyanın sərt sanksiyalarına məruz qalıb. Onun aktivləri, o cümlədən Londonun “Çelsi” futbol klubu əlindən çıxıb. Abramoviç bundan sonra klubu amerikalı iş adamları Todd Boeli və Mark Valter, isveçrəli milyarder Hansiyorq Viss və “Clearlake Capital” investisiya şirkətinin daxil olduğu konsorsiuma satmaq barədə müqavilə imzalamalı olub.

Bu ilin aprel ayının ortalarında isə Britaniyanın Cersi adasının məhkəməsi Roman Abramoviçə bağlı 7,3 milyard dollarlıq aktivlərin dondurulması haqqında qərar çıxarıb. Bu, rusiyalı oliqarxın 13,9 milyard dollar dəyərində sərvətinin yarısından çoxdur.

Bundan əlavə, Fransa hakimiyyəti Abramoviçin Rivieradakı 120 milyon dollarlıq malikanəsini müsadirə edib.

635x100

Şərhlər

Ataş 2022-05-15 16:09:29

Abramoviç ölməli əclafdı

Son yazılar