"Finlandiya və İsveç sürətlə NATO üzvlüyünə qəbul ediləcək" - Yens Stoltonberq

Finlandiya və İsveç sürətlə NATO üzvlüyünə qəbul ediləcək.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Berlində NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra Alyansın Baş katibi Yens Stoltonberq bildirib.

Yens Stoltonberq deyib ki, Finlandiya və İsveç müraciət edərsə, NATO tam hüqüqlü üzvlüyə qəbulla bağlı keçid dövrünü maksimum sürətləndirəcək: “Məqsədimiz sürətli keçid dövrüdür”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar