Menu

Polkovnik studiyada Rusiyanın kapitulyasiyasını proqnoz edib - Skabeyeva “odlanıb”

18.05.2022, 00:32
Polkovnik studiyada Rusiyanın kapitulyasiyasını proqnoz edib - Skabeyeva “odlanıb”

Rusiyalılar isterika keçirirlər, axı Ukraynanın əks-hücumunun qaçılmaz olduğunu və güc yolu ilə təkcə bütün Donbassın yox, həm də Krımın geri qaytarılmaq ehtimalını anlayırlar.

Rusiyalı təbliğatçılar birbaşa efirdə isterika çıxardıblar - Ukraynanın hərbi yolla müvəqqəti işğal olunmuş Donbass və Krımı geri qaytarmasını müzakirə ediblər.

“AzPolitika.info” xəbər verir ki, hərbi ekspert və polkovnik Mixail Xodaronok bəyan edib ki, müharibədən çıxmaq lazımdır, təbliğatçı Olqa Skabeyeva isə əks-arqumentlər tapmadığına görə yalnız «təslim olmaq mümkün deyil» cavabını verib.

Bu diskusiyadan fraqmet şəbəkəyə düşüb.

«Amerikalılar Ukraynanı silahla dolduraraq, proqnoz edirlər ki, haradasa iyul-avqust aylarında ukraynalılar əks-hücuma keçəcəklər və nəinki sadəcə, 24 fevraldakı mövqelərdə dayanacaqlar, həm də Amerika silahının gücü ilə Donbası və Krımı geri alacaqlar. Zelenski artıq reaksiya verib və deyib ki, onlar hazırdırlar» - Skabeyeva deyib.

Rusiyalı polkovnik Xodaronok təsdiqləyib ki, Ukrayna ordusu gerçəkdən bunu edə bilər. Üstəlik də o, ehtiyac olarsa 1 milyon ukraynalının səfərbər olunacağını istisna etmir.

«İnformasiya sakitləşdiricisi içmək lazım deyil… Ukrayna silahlı qüvvələri 1 milyon insanın silaha sarılmasını təşkil edə bilər. Məsələ yalnız ondan ibarətdir ki, onlar bu ordunu nə qədər mazer silahla təmin edə bilərlər. Amerikanın lend-lizi və Avropanın hərbi köməyi tam gücü ilə işləyəndən sonra, bir milyon ukraynalı əsgər reallığa çevriləcək. Və bu, artıq yaxın vaxtlarda baş verəcək» - studiyanın polkovnik qonağı deyib.

Eyni zamanda Kremlin top-təbliğatçıları «dünyanın ikinci ordusunun gücü» səciyyəli ənənəvi bəyanatı səsləndirməyə cəhd ediblər. Amma polkovnik bircə anda Skabeyevanı yerində oturdub.

«Bizim ətrafımızda formalaşan situasiya normal sayıla bilməz. Bizə qarşı 42 ölkənin koalisiyası dayanıb, bizim imkanlarımız isə hərbi-siyasi və hərbi-texniki planda məhduddur. Və biz, bu situasiyadan çıxmalıyıq» - polkovnik deyib.

Skabeyeva sakitləşməyib və bəyan edib ki, Rusiya Federasiyasının mövcudluğu məsələsi həll olunur, ona görə, «təslim olmaq» mümkün deyil. «Axıra qədər getmək lazımdır…» - o, əlavə edib.

AzPolitika.info

Şərhlər

Veteran 2022-05-19 11:30:20

Bizdə hazırlaşmalıyıq.Özüdə ciddi.Dəmir qapı Dərbəndə görə.

Aborigen 2022-05-18 11:49:10

İmperiya dağılır! Biz elə elə siyasət yürütməliyik ki, dağıntılar altında qalmayaq. İnşəALLAH qalmarıq! Amin!!!

Elmira 2022-05-18 10:48:32

Bu Skabeyeva nə gözəl fikir deyib! Deyir Rusiya Federasiyasının mövcudluğu həll olunur. Bitsin bu bədnam imperiya! Amin.

Roma 2022-05-18 09:40:51

Rusiya, skabeyeva, norkin, simonyan, kosayan, baqdasarov, şahnəzərov, balayan, şeynin, miqranyan, solovyov və s. bu kimi çaqqal-çuqqaları qabağa verib hürdürür....

Eldəniz 2022-05-18 07:35:52

Hitler də axıra qədər getmək istəyirdi ...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol