Menu

“Azovstal”da əməliyyat gedir” - “Azov” alayının komandir müavini + VİDEO

20.05.2022, 00:25
“Azovstal”da əməliyyat gedir” - “Azov” alayının komandir müavini + VİDEO

Azov alayının komandir müavini, kapitan Svyatoslav Palamar Mariupol zavodunda yaranmış vəziyyətdən danışıb.

Videonu xalq deputatı Aleksey Qonçarenko yayımlayıb.

“Mən və komandanlıq “Azovstal” zavodunun ərazisindəyik. Müəyyən əməliyyat gedir, onun təfərrüatlarını açıqlamayacağam”, - deyə o qeyd edib.

Palamar göstərdiyi dəstəyə görə dünyaya və Ukraynaya təşəkkürünü bildirib və “görüşərik” deyə əlavə edib.

Xatırladaq ki, Mariupoldakı “Azovstal” zavodundan dinc əhali təxliyə edildikdən sonra Rusiya qoşunları ukraynalı əsgərlərin müdafiə etdiyi zavodu ələ keçirmək cəhdlərini dayandırmayıb.


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol